Son
Bəlkə son bahardı, bəlkə son qışdı,Diz çöküb torpağa enməyim də son.Bu kənd cığırıyla payi-piyadaAta ocağına dönməyim də son.
Yazıb yol lentinə addım səsini,Çəkib hər bulağa təzə rəsmini,Qırıb yoxuşların iradəsini,Zirvə inadını yenməyim də son!
Yenə cavan ümid – ömrün yazından,Yenə ölümsüzlük – elin ağzından,Məst olub dəyişməz yurd havasındanQədim bir avazla dinməyim də son.
Gədikdə o tənha palıd ağacı,Çəmən süfrələri yenə də açıq,Xatirə köhləni üstüsə qaçır,Onu cilovlayıb minməyim də son!
Ruhları oyanıq kənd axşamında,Dünyanın sirləri an yaşamında,Sonuncu çiçəyin titrək şamındaYanıb pərvanətək sönməyim də son!
25.X.1990
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-son
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çiçəklər baharın dilini öyrənir,arılar çiçəklərin.
Qovuşa bilmirYağır ömrümüzə taleyin qarı,Bir olsaq – ayrıyıq, ayrılsaq – birik.
Birimiz sağ gözük, birimiz sol gözBizim aramızda beş addımlıq yol,Gözdə qaş arası!
Gizli səsYaman öyrənmişəm sənin səsinə,Sevinc nəfəsidir üstümdən əsən.