Bütün sevinclərin bir üzü kədər,Bütün ağ günlərin bir üzü qara.Ömrü görüşlərə çəkən yelkənlərSonra da açılır ayrılıqlara.

Yüz-yüz adamın da içində təkəm,Ancaq tək deyiləm düşüncələrdə.Zorla qazandığım ən şirin tikəmSüfrəmdə zəhərə çevrilir bəzən.

Yol boyu doğmalar dönsə də yada,Dözürük hələ ki, gənclik əhdiylə.Xoşbəxtlər içində xoşbəxt olsam da,Bədbəxtəm dünyanın ən bədbəxtliyə.

Ac görsəm özüm də bir ac kimiyəm,Qayğılar, qüssələr başımdan aşır.Mən ildırım vurmuş ağac kimiyəm –Bir budağım quru, birisi yaşıl...

İstək də ucalıb, enəndir, deyim,Görüşdük, bəs yenə bu giley nədir?!Dünyada ikili ömür sürməyimBəlkə yurdumun taleyindəndir...

Dubulti, 5.XI.1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов