Tiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.

Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.

Onunla keçən il Bakıda, dostlarımdan birinin evində görüşmüş, tanış olmuşdum. Dostum məni ona təqdim etdiyi zaman Qulubəy yerindən qalxaraq, əlimi sıxdıqdan sonra:

– Sizinlə tanış olduğumdan özümü çox xoşbəxt sanıram. Bundan sonra tez-tez görüşər, həyata yeni ayaq basdığım üçün bilmədiyim bir çox şeyləri sizdən öyrənərəm. Şübhəsiz, bunu məndən əsirgəməyəcəksiniz, deyilmi? – dedi.

İlk dəfə gördüyüm və yaxından tanımadığım bu gəncin nəzakəti qarşısında sıxılaraq, sakit bir halda:

– Birinci görüşdə haqqımda bu qədər hörmət göstərmənizə qarşı təşəkkür edirəm. Sizə öyrətmək deyil, sizdən öyrənmək və söhbətinizdən istifadə etmək üçün ən dəyərli saatlarımı fəda etməyə hazıram, – dedim.

O mənim bu sözlərimdən cəsarətə gələrək, kürsünü stola yaxın çəkib oturdu, sonra süfrədə qarşımızda buğlanan iki fincan çayı, hündür vazlara qoyulmuş konfetləri istehzalı nəzərləri ilə süzüb, əli ilə kənara itələdi, ev sahibinə amiranə bir səslə dedi:

– Bu nədir? Kişinin başını şirni ilə aldadırsan? Qalx ayağa, süfrəyə araq, ağzımızı duzlamağa da bir az yemək gətir!

– Dostum içki sevmir.

– Sən gətir! Mən onu içirdərəm!

Mən də sözə qarışdım. Biz nə qədər mane olmaq istədik, mümkün olmadı, o, fikrində inad etdi. Dostum qalxıb, içki almağa getdi.

Qulubəy üzünü mənə çevirərək, süni bir tərzdə gülümsündükdən sonra sözə başladı:

– Mənim əqidəm budur ki, insan gərək günlərini bir-birindən xoş keçirsin. Odur ki, mən Avropa varlılarının adət-ənənələrini ürəkdən sevirəm. Onlar yaşamağın qaydasını çox gözəl bilirlər. Ömürlərini kefdə, damaqda keçirirlər. Beş günlük dünyadır, gününü elə keçir ki, qəm görməyəsən.

Qulubəy öz dediklərindən şad halda ayağa qalxdı, iki-üç addım geri çəkilərək, birinci dəfə görürmüş kimi öz üst-başını, lak tuflilərini diqqətlə nəzərdən keçirtdi:

– Bax, bunların hamısı son moda ilə tikilmişdir. Özü də Parij jurnallarından götürülmüşdür. Öz geyimlərimizdən lap zəhləm gedir. Doğrusu, başıpapaqlı, üst-başından kəndçilik tökülən adamları görməyə heç gözüm yoxdur.

Mən təzə dostumun sözlərinə etiraz etdim. Həyatda hamının boynuna düşən vəzifələrdən, zəhmət və əməyin vacibliyindən danışdım. Sözlərim Qulubəyə əsla təsir etmədi. O öz fikirlərini bir qədər də dərinləşdirərək, əslində özünü daha da ifşa edərək dedi:

– Yox, siz həyata çox üzdən baxırsınız. Bərk ayaqda mən heç atamı da tanımıram. Atam dedim, yadıma düşdü. İndi atamın bir az var-yoxu var deyə yaxınlıq edirəm. Yoxsa, heç yanıma gəlməyə də qoymuram. Başına köhnə müsəlman papaqlarından qoyub küçəyə çıxanda ona heç salam da vermirəm.

– Niyə, papaq ki, bizim milli geyimimizdir. Kişilərimizin çoxu indi də papaq qoyur.

– Siz yazıçı olmağınıza baxmayaraq, lap elə mənim atam kimi düşünürsünüz. Papaq yaxşı olsaydı Avropanın ziyalıları da ondan qoyardılar. Bu motal papaqlar, büzməli çuxalar lap zəhləmi tökübdür. Atamın ölməyini gözləyirəm. Ölən kimi var-yoxunu götürüb bir baş Parijə, o gözəllər və ballar şəhərinə gedəcəyəm. Bəlkə heç qayıtmadım da. Adamın vətəni olanda da elə olsun.

Təzə dostum çox çərən-pərən etməyə başladı. Bunlara oxşayan daha bir neçə söz dedi. Onunla ağız-ağıza verməyi lazım görməyib, bir söz demədim. Ürəyimdə belə bir adamla tanış olmağıma acıyır, səbirsizliklə dostumun yolunu gözləyirdim. Çox çəkmədi ki, dostum əlində bir şüşə araq, kağıza bükülmüş bir neçə şey içəri girdi, onları stolun üstünə qoyub, səssiz oturdu. Məsələnin qəlizləşəcəyini görüb, ayağa durdum, vacib iş üçün getməli olduğumu bildirdim. Nə qədər etdilərsə də, mümkün olmadı. Ancaq qapıdan çıxanda Qulubəyin məzəmmətedici sözlərini eşitdim:

– Elə bir şüşə? Dəvəni çömçə ilə suvarırsan?


Ona görə də onunla bu günkü görüşümüzdən heç razı deyildim. Yaxınlaşdı, salamlaşdı, üzündə, gözündə uşaqlara məxsus bir sevinclə əlimi sıxaraq:

– Nə gözəl təsadüf!.. Könlüm sizi çox görmək istəyirdi. Yaxşı ki, ağır-ağır yeriyirsiniz, arxanızdan yetişə bildim. Əgər mən irəlidə olsaydım...

– Mən sizə çata bilməzdim, siz addımlarınızı çox iri atırsınız – dedim.

– Başqa cür olmaz, tərəqqi və təkamül əsrində yaşayırıq. Oba köçdü, biz qaldıq. Qısa addımlarla onlara yetişmərik.

Hələ sözlərini bitirməmişdi ki, birdən-birə əllərini qısa paltosunun ciblərindən çıxartdı. Yanımızdan sallana-sallana keçən şıq bir xanımın önündə şapkasını bir neçə dəfə oynadaraq: “Zdravstvuyte, madam, hara gedirsiniz?” – dedi. Qadın cavab olaraq gülümsədi. O isə özündən razı bir halda:

– Bu xanımı tanıyırsınızmı? – deyə soruşdu.

– Xeyr, tanımıram, – dedim.

– Əsgər ıbəyin xanımıdır. Bakıda bunları tanımayan yoxdur. Necə olub ki, bu vaxta qədər tanış olmağa müvəffəq olmamışsınız?

– Onu taleyimdən soruşun!.. Hamı sizin kimi bəxtiyar olmaz ki... – dedim.

Qulubəy üzümə mənalı bir nəzərlə baxaraq, gülə-gülə “Çox doğru!” – dedi. Sonra, üzü qızıl yazılarla dolu gümüş siqar qutusundan bir siqar alıb yandırdı. Birini də mənə təklif etdi. Siqarı iki dodağına qısıb havada bir-iki dairəvi duman buraxdıqdan sonra sözünə davam etdi:

– Bu xanımla Bakıda bu il tanış oldum. Xristianların yeni ilini qarşılamaq üçün Səfibəylə birlikdə onlara getmişdik. Bizdən başqa hamı orada imiş. Evləri, eşikləri nə qədər səliqəli, nə qədər təmiz idi. Ən çox mənim nəzərimi cəlb edən xanımın kiçik bacısı Şura idi. Salona bitişik olan uşaq otağında o, uşaqlara yolka bəzəyirdi. Təsvirəgəlməz bir maraqla yeni ilin daxil olacağı dəqiqəni gözləyirdik. Artıq gözlədiyimiz zaman yetişmiş, qədəhlər bir-biri ilə görüşməyə, öpüşməyə başlamışdı ki, birdən-birə qapı açıldı. Uşaqların hamısı “urra” deyə bağırdı. Şura xanım məğrur bir tövrlə irəliliyərək: “Cənablar, qapını açıb, bu şənlikdə iştirak etməyi bizə də müsaidə edərsinizmi?” deyincə içərimizdən birisi: “Hay... hay... Şura xanım! Canla-başla qəbul edirik” deyə bağırdı. Salonun müxtəlif tərəflərində içki və qumar üçün qoyulmuş stolların ətrafında oturan qonaqlar uşaqların qəşəng bəzənmiş yolkasına, daha doğrusu, Şura xanımın məharət və sənətinə tamaşa etməyə getdilər. Ox, bilsəniz nə qədər şux, nə qədər dilbər qız idi! Yerişində, duruşunda, bütün hərəkətində bir naz duyulurdu. O gecə gözəl piano çaldı, romanslar oxudu. Sonra rəqs başlandı. Dan yeri sökülüncəyə qədər yedik, içdik, çaldıq, oynadıq; azğın təqlidlər, gülünc meymunluqlar etdik.

– Çox doğru, bu ki, Darvin nəzəriyyəsini isbat etmək üçün çox əsaslı dəlillərdir – dedim.

Biz söhbət edə-edə bir qapı ağzına yetişdik.

Axın-axın şərqə doğru gedən qara buludların zəhərli və acı təsiri sinirlərimə işlədikcə, bütün vücudumda hiss etdiyim bir sızıltıdan titrəyərək, ixtiyarsız halda:

– Qulubəy, haraya gedirik? Bu yol ki, bizi qəbiristana aparır, – dedim.

Qulubəy kəsik bir nəzərlə üzümə baxaraq gülə-gülə:

– Bəli, – dedi, – heç bilmədən sizi buraya qədər gətirdiyim üçün üzr istəyirəm. Atama məzar daşı sifariş etmişəm. Hazır olduğunu bilmək üçün gedirəm.

Bir qədər sükutdan sonra:

– Canım, bu köhnə adamlar bir bəladır. Onlarla keçinmək, hər istəklərini yerinə yetirmək üçün insanın əsəbləri dəmirdən olmalıdır. Ax, onun əlindən nələr çəkmədim? Geniş dünya başıma dar, işıqlı dünya gözlərimdə qaranlıq görünürdü. Dava etmədiyimiz bir gün yox idi. Mən onun hər hərəkətindən nifrət etdiyim kimi, o da mənim hər işimə qarışır, hər bir hərəkətimi şiddətlə tənqid edirdi. “Belə etmə, elə oturub-durma!” – deyə, acı tənqidlərlə məni lap haldan çıxarırdı. Hələ yoldaşlarım, ya da gözəl bir madmazellə küçədə dolaşdığım zaman qarşıma çıxarkən hirslənirdim. O mənim kimi oxumuş oğlu olduğuna qürurlandığından köksünü qabardaraq, Həştərxan xoruzu kimi üstümə gəlir, məni söylətmək üçün min vasitə düşünürdü. Mən də köhnə fikirli, köhnə geyimli bu adamla danışmaq istəməyərək, ondan qaçmağa çalışırdım. Hətta tanımayanlara “bizim xidmətçidir” deyirdim.

Nə deyirsiniz, mənim bu hərəkətim ona hər şeydən pis təsir edirdi, yazıq qocanı yaralayırdı. Arabir evdə: “Səndən nəyim əskikdir, paltarım köhnə, yamaqlıdır, ya özüm səndən çirkinəm? Zəhmət çəkdim, ətək-ətək pul sərf etdim, səni böyütdüm, oxutdum, indi məni bəyənmirsən? Nankor!..” – deyə hiddətlənirdi. Mən heç əhəmiyyət verməzdim. Nəhayət, mən onu dinləməkdən yoruldum, o söyləməkdən, hər ikimiz bir-birimizə uyuşmadığımızı hiss etdik. Bu hiss bizi bir-birimizdən uzaqlaşmağa məcbur etdi. Bu çarpışma uzun müddət davam etdi. Nəhayət, mən qalib çıxdım. Axır ki, qocanı məzara basdırdım, həm də bir daha soyuq məzəmmətlərini eşitməmək üçün köhnə, çürük fəlsəfə və mühakimələri ilə bərabər.

Qulubəy sözünü bitirmiş, söylədiklərindən razı bir vəziyyət almışdı.

– Elə isə altından çıxmamaq üçün üstündən bir məzar daşı qoymağa da tələsiniz – dedim.

Qulubəy mənalı bir ahənglə:

– Elə tələsməyim də onun üçündür – dedi.

Hər ikimiz düşüncəli bir sükutun ağırlığı altında əzilirdik. Birdən-birə əlində salladığı yaylığını göstərərək:

– Baxın, bağın cənub tərəfində, uçurum üzərində ucalan bürcü görürsünüzmü? Köhnə zamanlar xainləri oradan uçuruma atarlarmış. Bax, bu göbələkləri də o bürcün ətəklərindən toplamışam, çox yaxşı və təzə göbələklərdir, rica edirəm götürünüz – dedi.

Çox təkidlə göbələyi ovcuma sıxışdırdı. Sonra, yaxındakı qapıdan qəbiristanlığa getdi.

Mən bir az sonra bağdan çıxıb, kiçik bir cığırla evə dönürdüm. Ayağımın altında, çox aşağıda qaynayan dirilər ölkəsini seyr edirdim. Ovcumdakı göbələklərin yurdu olan bürcə yetişmişdim. Ovcumu açdım. Göbələkləri iki barmağım arasına alaraq baxırdım. Birinin yanından barmağımla bir parça qoparırkən, qara başlı kiçik bir qurd başını çıxarıb ətrafı qorxunc baxışlarla süzdükdən sonra yenə də başını sürətlə göbələyin içində gizlətdi. Bu qurdlu göbələklərə indi daha böyük bir maraq və qəlbimdə coşub-daşan bütün acı təəssüratımla baxırdım. Nə qədər baxdığımı, nələr düşündüyümü bilmədim!.. Göbələkləri bütün qüvvətimlə aşağıya, o xainlər, qatillər məzarlığı olan uçuruma ataraq, arxama baxmadan yoluma davam etdim.

Payıza məxsus şiddətli külək getdikcə qüvvətlənərək, başlarını dik tutan cavan və sağlam ağacları o yan-bu yana əyir, yarpaqları həzin bir xışıltı ilə qoparıb çuxurlara, yollara döşəyirdi. Şərqə doğru ağır-ağır uçuşan koma-koma buludlar birləşir, şəhəri get-gedə qorxunc bir qaranlıq almağa başlayırdı. Yeridikcə ayaqlarım altında xəzəllər həzin bir səslə xışıldayırdı. O tozlu hava ciyərlərimə çökdükcə, sümüklərimə, əsəblərimə işlədikcə, bütün vücudumu bürüyən bir ağrının acısı ilə eniş, daşlıq bir cığırla aşağı enir, evə tez yetişməyə can atır, öz-özümə:

– Bu müdhiş ruzigar qorxunc bir tufan qopara bilər – deyə düşünürdüm.

Qapı ağzına yetişdiyim zaman yağış iri-iri damcılarla yağmağa başladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов

Ey soran bəndən: "Nədür eşqi?", qoy aşiq tərkidə

Ey soran bəndən: «Nədür eşqi?», qoy aşiq tərkidə,Vermiyə qəlbində yer eşqə, yolını bərkidə.

Гасаналиага-хан КарадагскийГазель2 мин
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Месихи5 мин
Təbrizin qarəti

Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu

Ариф2 мин
Rəhmət pir ustada, körpü tikənə

thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.

Саят-Нова1 мин