Yaz qapını aldı, əkinçi, oyan!Dur ayağa, tarla səni gözləyir.“Şumla yeri, dur gəl, əkinçi” – deyir.Haydı, a zəhmət mələyi, qalx, oyan!

Qızdı günəş, aləmə verdi həyat,Qonşuların tarlasını xışlayır,Qan-tər içində hamısı işləyir,Zəhmətinizlə yaşayır kainat!

Borclarına indi, gözüm, çarə qıl!Çul, palazı qışda satıb soymusan,Külfətini quru yerdə qoymusan,Haydı, oyan, dərdinə bir çarə qıl!

Təknədə şey yox, nə axurda saman,Külfətinin səndə qalıbdır gözü.Yaz günəşi qarşılayır bax, sizi,Haydı, a zəhmət mələyi, dur, oyan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beşinci pərdə

İkinci şəkilSəhnə Quzğun şahın sarayını təsvir edir. Dünya gözəli qəmli-qəmli*

19419 мин
I

Üçüncü rübün nömrələri yoxlandıqdan sonra məktəb ən fəal əlaçı şagirdlərin və onların valideyni şərəfinə təntənəli bir müsamirə verməyi qərara almışdı. Axırıncı dərs bitmək üzrə idi. Çağırışlar siniflərdə şirin-şirin paylanırdı. Sinif rəhbəri Kamil müəllim əlində çağırış vərəqələri öz sinfinə girincə bütün sinif yerindən oynadı. Kamil müəllim sinfi zor-güc sakit etdi və qırmızı rəngli çağırış vərəqəsini Xasaya uzadıb “Al, bu sənindir”, dedi. Sonra çağırışları bir-bir payladı.Artıq dərs bitmiş, zəng vurulmuşdu. Müəllimlər bayıra çıxınca bütün siniflər sel kimi həyətə axdı.

19354 мин
II

Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.

19351 мин
III

Bu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?

19352 мин

Стихи других поэтов