Noheyi-iştika
Bəxtiyar bir çocuq kimi şən-şən,Daha dün söyləyib-gülərdin sən.Susdun eyvah, nerdəsən şimdi?Səni yoxluq uyutdumu əbədi?Məskənin oldu, ah, dar məqbər,Qoydun həsrətlə Şaiqi müğbərr.Qaldı bomboş o sevdiyin yuvamız,Sən pərilərlə göydə, mən yalnız.Nə çapıq soldun, ey bahar çiçəyi,Sənə qıydı nasıl əcəl mələyi?Ah, öldünmü, yox, yox, ölməmisən!Bəzənib ağ libasla yavrum, sənGetmisən hurilər ziyafətinə...Görəsən, ah, qaydacaqmı yenə?
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-noheyi-istika
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Babamızınkölgəli
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Hər gedən gəlmiş,mənim ol qəmküsarim,Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər: