Tülkü və dəvə
Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.
Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.
Bu fikir ilə tülkü dəvənin quyruğunu öz quyruğuna möhkəm bağladı. Sonra bütün qüvvəti ilə dəvəni yuvaya çəkməyə başladı. Dəvə quyruğunda bir şeyin tərpəndiyini görüb ayağa qalxdı. Tülkü onun quyruğundan sallana qaldı, qorxusundan dəvəni dişləməyə, cırmaqlamağa başladı. Dəvə bayaq götürüldü, qaça-qaça birbaş kəndə gəldi. Kənd əhli və itlər tülkünü dəvənin quyruğunda görüb onu tutdular.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-tulku-ve-deve-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəhm eylə, tərəhhüm çağıdır, xan, sənə qurban.Qoyma bizi gəl bisərü saman, sənə qurban.
Biri sənsən mələkciyim, biri mənQonşuda qarşı-qarşıya görünənİri camlı, genişcə pəncərədən
Bəradərim FiridunbəyəTƏQDİM ETDİYİM RƏSMİMİN ALTINA*Qəlbinə yəs, iğbirar açan
Nəcəfbəy Vəzirov həzrətlərinəSən ey bu yomi-ali qəhrəmanı, ey işıq ulduz!Təşəkkür etməyə səndən mənim qəlbim, dilim aciz.
Стихи других поэтов
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Bir anam, bir də nəvəm Təbrizə…Qopur ürəyimdən sonuncu nida,Sonuncu hıçqırıq, sonuncu nəfəs…
Yurd qayğusuUcundadır dilimin,Həqiqətin əzəmi;