Ey bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!Könlüm açıldı yenə gördüm səni,Ey ulu əcdadımızın mədfəni!Çoxdan idi həsrət idim vəslinə,Aç qolunu, aç, sənə gəldim yenə.Ömrümün ilk şərbətini zövqləSən mənə içdirdin onu şövqlə.Mən uşaq ikən hələ, ey şux mələk,Dağ-çəmənindən yığar idim çiçək.Dayəm idi bu dərə, dağlar mənim,Oylağım olmuş idi bağlar mənim.

lKür çayının dadlı, gözə nəğməsi,Sellərinin vəhşi, fəqət xoş səsiLayla çalırdı mənə, ah, ey vətən,Mən beşiyimdə hələ körpə ikən.Ah, uşaqlıq, haraya getdin, ah?Ah, səadət, necə tez bitdin, ah!Duymaz idim onda bu zillətləri,Çəkməz idim bunca fəlakətləri.Onda səninlə ürəyim şad idi,Qəlb evi gülşən kimi abad idi.Anlamaz idim ki, nədir qəm, vətən,Ah anacan, söylə bu hüznün nədən?Qaplamış ətrafını zülmət, duman.Səfvətini pozmuş o zalim xəzan.Qəmlərini ver mənə, ah, ey vətən!Qollarını gərsənə ah, ey vətən!Aç qolunu, aç, a könül dayağı!Çün anadır hər uşağın sığnağı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе