Qayıtdı
Bir maral balası, tərlan cilvəli,Gəldi, məni gördü, baxdı, qayıtdı.Pünhanı göstərdi gül camalını,Tər üzünə şəbnəm axdı, qayıtdı.
Mən görmüşəm gözəllərin çoxunu,Belə olmaz amma boyu-buxunu.Müjganından çəkdi xatəm oxunu,Yaralı sinəmə çaxdı, qayıtdı.
Gözləyərkən gözlərimə sataşdı,Müjgan könlüm eşq oduna alışdı.Şəhrahidan qıyqac baxıb ötüşdü,Məmmədhüseyni oda yaxdı, qayıtdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-qayitdi
Клавиши ← → для перехода, R — случайное стихотворение