Yar sallana çıxa sürəngahına,Gecəni yanımda qala, qayıda.Qurtara hicrandan xəstə canımı,Ya sevə, ya canımı ala, qayıda.

Bir yar ola, bir çəmənlik, bir də mən,İnciməyə, mən də tutam əlindən.Deyib-gülə öpəm şirin dilindən,Qadasın canıma sala, qayıda.

Qaymaq dodaq dodağıma söykənə,Baş qarışa, nə də səbir tükənə.Qalaq axşam qaranlıqlar çəkənə,Yar görüşdən meyxoş ola, qayıda.

Məmmədhüseyni heç salmaya həsrətə,Xəsislik etməyə keyfə, işrətə.Qol-boyun olasan nə də vaxt ötə,O dilbər yenidən dala, qayıda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви