Uçurdub ovunu xəstə düşübsən,Halına yanan yox, ay yazıq-yazıq.Dağ çəkirdin özgəsinə bir zaman,İndi sinən olub ay yazıq-yazıq.

Həsrət qaldın baxar oldun daldadan,Dərd-qəmini saxla pünhan, dalda, dan.Üzə çıxma, təsəlli tap daldadan,Nə bir də az yolun, ay yazıq-yazıq.

Fikrin nəydi, gəldin düşdün haraya?Çağır görüm, mal-qoyunu haraya.Məmmədhüseyn bənzər dağa, haraya,Qoyuq kimi indi ay yazıq-yazıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов