Xas-xas
(xətəngi)
Bir gözəl görmüşəm xub yaxasında,Əyninə geyinib ətlazı, xas-xas.Seyraqublar durub yol kənarında,İşi ras gəlmədi nə oldu pəs-pəs.
Qorxum yoxdu nə sultannan, nə xannan,Bu dünyada olma könül yıxannan.Cəhd eylə bir pis söz çıxmasın sənnən,Yazıqsan deyərlər səsini kəs-kəs.
Məmmədhüseyn deyər, mənlə toylaşma,Dərin-dərin dəryalarla boylaşma.Bacarmazsan hər adamla, soylaşma,Nə zaman güləşsən cəhd elə bas-bas.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-xas-xas
Клавиши ← → для перехода, R — случайное стихотворение