Deyim
Ərzandan çıxanda balta götürdü,Salmanın oduna getdiyin deyim?İstidə Salmana su vacib oldu,Başından qəzalar ötdüyün deyim.
Salman suya gedib rəxtin buraxdı,Minacat eyləyib haqqa düz baxdı.Kükrəyib meşədən bir atlı çıxdı,Xırxanın üstündə yatdığın, deyim.
İnanın bu sözə, cənnətdir səkkiz,İnanmayanın yeri cəhənnəm hərgiz.Salmanın əlində bir dəstə nərgiz,O, atlıya niyaz verdiyin deyim.
Məmmədhüseynəm, uca dağda qar idim,Bağçalarda heyva idim, nar idim.Düz yetmiş il səndən qabaq var idim,Söz gəlib aradan ötdüyün deyim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-deyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı