Atmaya mürvəti, insaf eyləyə,Nainsaf olmaya yazı yazan da.Urcah edə səni gül rüxsarəyə,Bəxtini əzəldən kimə yazanda.

Vəfasız dilbərin nəfi, xeyri nə,Alış bir vəfalı yarın xeyrinə.And iç, uyma yadın bəli-xeyrinə,Düzünə andını bir də yazanda.

Məmmədhüseynin düz ilqarda var əli,Köməyidi Şahi-Mərdan, var Əli.Bəd insanın axırına var, Əli,Ömrü boyu qalsın yaz an, yaz anda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви