Q ı z ı l g ü l

Mən şahıyam qönçələrin, güllərin,Ən gözəl istəklisi bülbüllərin.Mən hamıdan yaxşı yaraşıqlıyam,Sevməliyəm, ətrə bulaşıqlıyam.Fəxr edərəm halətimə, həngimə,Qırmızı yarpaqlarıma, rəngimə.Bağı tutar ətri-dəhanım mənim,Eybi nədir varsa tikanım mənim?!

A ğ z a n b a q

Əldə mənim ağ qədəhim vardır,Ağzınadək ətr ilə sərşardır.Var arıdan ötrü qızıl tək tozum,Boyda, buxunda da qəşəngəm özüm.Gərçi uzundursa mənim yarpağım,Yoxdu yenə lovğalığım, azmağım.Haf, kəpənək, xırda qarışqa yenə,Gündə gələrlər, sığınarlar mənə.

Ş ə b b u

Gər yox isə sevməli rəngim mənim,Şux deyildirsə də həngim mənim,Ətrim uzaqdan bürüyür aləmi,Valehü heyran eləyir adəmi.Xalq deyər çün hamı şəbbu mənə,Fəxr üçün, əlbəttə, yetər bu mənə.Mən üməralar bağının malıyam,Güllər arasında tamaşalıyam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе