Ot biçini
Göy çəmənin ətri tutub hər yeri,Çulğalayıb dağ, dərəni, çölləri.Əldə biçinçi darağı səfbəsəf,Ot darayırlar qarılar hər tərəf.Ot qurusun burda yığarlar şələ,Yaş otu bir yanda sərərlər hələ.Kəndlilər əllərdə təmamən yaba,Arabaya otu yığarlar qaba.Arabaya ot qalanar, dağ olar,Kəndlilərin onda kefi çağ olar.Arabaya at qoşulub gözləyir,Sanki qaxılmış yerə, tərpənməyir,Əymə kimi saxlamış ayaqların,Sallayıban hər iki qulaqların.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-ot-bicini
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir qarının bir xoruzu var idi,Hər gün obaşdandan o banlar idi.
Küçə uşağıGörsəm çamırlı bir küçədə oynayır haçaq,Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,
Ulaq və aslanBir xoruz ilə bir zaman eşşəkKənd içində gəzirdilər tək-tək.
Yoxsulluq eyib deyilRus ədiblərindən A.N.Ostrovskiyə nəzirə*ƏFRADİ - MƏCLİS