Dördüncü hissə, 44. Komandir
Müharibə başlamışdı. Nəhayət, arzuladığım gün gəlmişdi. Ağdamın üstünə azadlıq yürüşümüz başlayacaqdı. Briqadanı hücuma hazır vəziyyətə gətirmişdim. Gecə silahsız pusquya düşüb şəhid olan istehkamçıların da qisasını alacaqdıq.
Fəqət korpusdan başqa söz dedilər; atəşkəs bərpa olunmuşdu! Ardınca məni mərkəzə çağırdılar. Danışıqlarından belə anladım ki, yerimi dəyişmək istəyirlər. İstefa ərizəmi yazmalıydım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-44-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xəritədə göstərilən qalın meşəni yaxşı tanıyırdım. Karta Sabir onu bir az aralıda qeyd eləmişdi. Komandirə vəziyyəti deyib, mənə qulaq asmasını xahiş etdim. Meşənin yaxınlığında balaca yaşayış məntəqəsi vardı. Hava işıqlananda orda kimisə görə bilərdik. Komandir məsləhətimə qulaq asdı və mən deyən istiqamətə hərəkətə başladıq. “Dozor” nəfəri özüm idim. Qayalıqdan çəmənliyə yenəndə ayaqlarım bayram elədi. Mən insan əzalarının sevindiyini ilk dəfə onda gördüm.Düz bir saatın tamamında meşəyə çatdıq. Elə yorulmuşdum ki, ağacların sıx yerində “mən söndüm” deyib kəlləni atdım. İldə bir neçə dəfə, xüsusən fəsillər dəyişən vaxt məni belə dəhşətli yuxu tutur.
İkinci hissə, 14. KomandirYayın son günlərini yaşasaq da, dağlar, meşələr saralmamışdı. Zod tərəfə uzanan ovsunlu mənzərəyə baxdıqca kəşfiyyatda olduğumu unudub səsimi qaldırmaq, bir-iki ağız oxumaq istəyirdim. Heyif buralardan! Gözəl vətənimiz vardı, yiyəsi olmadı.Dağılmış evlərin arasında bir qaraltı eşələnirdi. Adama da oxşayırdı, heyvana da. Qırğının durbinə sarıldığını görüb qaraltını müşahidə etdiyini düşündüm. Balaca bir daş atıb onu yanıma çağırdım və astadan soruşdum:
İkinci hissə, 15. Gizir SəfərovBoynuma alıram ki, Lev çayının sahillərini, Seyidlər, Dəmirçidam, Susuzluq zonasını bizim Ağsaqqaldan yaxşı tanıyan yoxdur. O, Kəlbəcərin Seyidlər kəndindəndir. Dağda-daşda kərtənkələ kimi hərəkət edir. Harda görünüb, harda itir, bəlli deyil. Mazanovdan heç biz özümüz baş açmırıq, o da ki, erməni ola. Hərdən “suiti” deyirəm ona. Açıq ərazidə, daşın-qayanın, meşənin, otun olmadığı yerdə elə bil torpağa kəllə vurur, yoxa çıxır, gözlənilməyən yerdən təzədən pırtlayır.Dəmirçidama doğru hərəkət planını hazırlayanda komandir “mişen” getməyi Ağsaqqala həvalə etdi. Üçbucağın oturacaq nöqtələrində Qırğıyla mən olmalıykən özüylə məni seçdi. Qırğını ümumi nəzarət üçün ən arxada gələn qrupa saldı. Fürsət tapıb etiraz elədim:
İkinci hissə, 16. KomandirSəhərəcən nəfəs dərmədən yol getdik. Sağ olsun Mazanovu, gizli cığırları yaxşı tanıyırdı. Dəmirçidama qədər bir dəfə də yerinə düşməyən hərəkət eləmədi. Biz bu gedişlə Sərsəngə qədər gedərdik, heç kimə görünməzdik.Mazanovun yerişinə həmişə gizli-gizli göz qoyurdum. Qədəmlərini torpağa astaca basır, otları əzmir, palçığa iz salmırdı. Çəkisi yox idi elə bil. Bəlkə heç minaya-zada da düşməzdi. Ən qəribəsi - bunu özündən asılı olmadan edirdi. Təbiətən bu cür idi. Keçi qayalıqda necə yeriyir, qatır çınqıllığa necə qalxır, Mazanov da elə. Təngnəfəs də olmurdu.
Стихи других поэтов
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Bu, Leylinin İbni Səlamdan sonra macərasıdır və zaviyeyi-möhnətdə vaqe olan bəlasıdırÇün ata evinə döndü Leyli,Əfğana olub həmişə meyli,
KimiGözümü zirvədən çəkən deyiləm,Qartal qanadını salana kimi.
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,