İkinci hissə, 13. Gizir Səfərov
Xəritədə göstərilən qalın meşəni yaxşı tanıyırdım. Karta Sabir onu bir az aralıda qeyd eləmişdi. Komandirə vəziyyəti deyib, mənə qulaq asmasını xahiş etdim. Meşənin yaxınlığında balaca yaşayış məntəqəsi vardı. Hava işıqlananda orda kimisə görə bilərdik. Komandir məsləhətimə qulaq asdı və mən deyən istiqamətə hərəkətə başladıq. “Dozor” nəfəri özüm idim. Qayalıqdan çəmənliyə yenəndə ayaqlarım bayram elədi. Mən insan əzalarının sevindiyini ilk dəfə onda gördüm.
Düz bir saatın tamamında meşəyə çatdıq. Elə yorulmuşdum ki, ağacların sıx yerində “mən söndüm” deyib kəlləni atdım. İldə bir neçə dəfə, xüsusən fəsillər dəyişən vaxt məni belə dəhşətli yuxu tutur.
Oyananda hava ağarmışdı. Komandirlə Qırğını soruşdum, dedilər, müşahidə üçün meşənin kənarına çıxıblar.
Ac idim. “Veş-meşok”u eşələyib tuşonka çıxartdım. Zəhləm gedirdi tuşonkadan. O qədər yemişdim, boğazım yara olmuşdu. Ancaq əlacım yox idi. Həvəssiz qaşıqladım. Hələ bir sutka keçməmişdi, yeməyimi yarılamışdım. Çörəyim tamam qurtarmışdı. “Veş-meşok”un dibində bir neçə soyutma yumurta və kartof dəyirdi əlimə. Mən hərəkət edəndə çox yeyirəm. Komandirlə Qırğı Allahın bəxtəvərləridir, iki-üç loxmayla günü yola verirlər. Onların bədəni də qıvraqdır. Mən dizel motoruyam. Yaxşı ki, Allahın suyu var, pesok qatıb içirəm. Bu olmasa, gedib-gələ bilmərəm.
Bir də “kambriq”in bizə hədiyyə etdiyi konfetlər dadıma çatır. Gücüm tükənəndə ağzıma atıb soruram, gözlərimə işıq gəlir. Kim nə deyir-desin, kəşfiyyatçının ən böyük çətinliyi aclıqdır. Ac qala bilmirsənsə, evdən çölə çıxma. Komandirlə Qırğı harda qaldı, görəsən? Bir adam tapsaq, qulaqlayıb gedərdik. Özümə söz vermişəm, bu əməliyyatdan sonrakı məzuniyyətimi ancaq yemək-içməyə sərf edəcəm. Üç ildən artıqdır hərbidəyəm, bir dəfə də olsun rahat, doyunca yeyibiçməmişəm. Ya yeməyə bir şey tapmamışam, ya da bir səbəb çıxıb, iştahamı qaçırıb. Bu dəqiqə elə acıxmışam, qınayan olmasa, İrəfiyevi kəsib yeyərəm. Onsuz da bir işə yaramır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ikinci-hisse-13-gizir-seferov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.
Dördüncü hissə, 46. KomandirSevinc təkidlə məni ordudan aralamaq istəyirdi. Deyirdi, o qədər əziyyət çəkdin, bəs edər. Arada onu eşidib təqaüdə çıxmaq barədə düşünürdüm. Amma...Uzaqdan Yeddixırman dağını görürdüm və geriyə addım atmağı bacarmırdım.
Dördüncü hissə, 47. SevincÇox təkiddən sonra onu bir həftəlik Toğanaya dincəlməyə apara bildim. Dedim, bəlkə o dağları, meşələri görər, eyni açılar. Olmadı. Əhvalı daha da pisləşdi. Heç kimlə danışmır, dərdini-ağrısını içində çəkir, fikirxəyaldan ayrılmırdı. Mən də bir yandan düşmüşdüm üstünə, ordudan ayrılmasını istəyirdim.Üç gün keçməmiş Toğanadan geri qayıtdıq. Anam da yanımızdaydı. Goranboy yolunda ağır qəzaya düşdük. Anamın qolu qırıldı, sürücünün diz qapağı dağıldı, Nihadın ayağını şüşə kəsdi. Nihadı bir az əvvəl qapı tərəfdən götürüb aramıza qoymuşdum, yoxsa o qəzadan sağ çıxmazdı.
Dördüncü hissə, 48. KomandirGümüşü işıq hardaydı, görəsən? Qarabağdan uzaqlarda da gözümə görünərdimi? Bəlkə, imkan tapıb başından şəlalə kimi ağ işıq tökülən o dağın yanın, o dağın altındakı məzarın ağuşuna qaçaydım? Bəlkə, Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişini axtaraydım? Axı niyə bu işıq hər şeydən qabaq anamın tikanlı əllərini yadıma salırdı? Bunun nə mənası vardı? Niyə o tikanların ağrısını indi öz ürəyimdə hiss edirdim?İnsanın yaddaşı qəribədir. Hansısa şeirdə xatirələrin qəfil yada düşməsini radio dalğasına bənzətmişdilər. Doğrudan da, bəzən elə şeyləri xatırlayırsan ki, bunu yalnız istəmədən eşitdiyin hansısa səsə, musiqiyə bənzədərsən. Mən indi məchul nöqtəyə ünvanladığım bu sualların cavabını da belə qəfil, gözlənilmədən, tamam ayrı şeylər düşünərkən tapdım. 8 Mart ərəfəsi idi. Sinifdəki oğlanlar qızlara hədiyyə almaq üçün 10 manatdan pul yığırdılar. Mən heç vaxt atamdan pul istəməyə ürək eləməzdim, anamda isə pul olmurdu. Fikirli dolanır, nə edəcəyimi bilmirdim. Anam məni çağırdı, mehribanlıqla qucaqlayıb alnımdan öpdü, dedi, niyə bikefsən? Danışmaq istəmədim. Çox təkid etdi. Axırda hər şeyi açıb dedim. Güldü. Dedi, heç pula görə də adam kefini pozar? Qalxdı, düyünçələrini eşələyib bir qırmızı onluq gətirdi. Götürməyə çəkindim, dedim, atam bilər, səninlə dalaşar. Dedi, narahat olma, bu, mənim öz pulumdur, həyətdəki böyürtkənləri yığıb satmışam. Pulu sevincək aldım və qaçdım. Ömrüm boyu heç vaxt o qədər xoşbəxt olmamışdım. Həyat nədir? Ömrün içinə səpələnən xoşbəxt anlar. Deyirlər, yüz yaşlı bir kişi tənbəllik eləmədən xoşbəxt olduğu anların hesabını aparır və bu qədər ömrün içindən bir-iki saat çıxara bilir.
Стихи других поэтов
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
به تودیع تو جان میخواهد از تن شد جدا حافظبه جان کندن وداعت میکنم حافظ خداحافظ
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,