Dördüncü hissə, 47. Sevinc
Çox təkiddən sonra onu bir həftəlik Toğanaya dincəlməyə apara bildim. Dedim, bəlkə o dağları, meşələri görər, eyni açılar. Olmadı. Əhvalı daha da pisləşdi. Heç kimlə danışmır, dərdini-ağrısını içində çəkir, fikirxəyaldan ayrılmırdı. Mən də bir yandan düşmüşdüm üstünə, ordudan ayrılmasını istəyirdim.
Üç gün keçməmiş Toğanadan geri qayıtdıq. Anam da yanımızdaydı. Goranboy yolunda ağır qəzaya düşdük. Anamın qolu qırıldı, sürücünün diz qapağı dağıldı, Nihadın ayağını şüşə kəsdi. Nihadı bir az əvvəl qapı tərəfdən götürüb aramıza qoymuşdum, yoxsa o qəzadan sağ çıxmazdı.
Mən huşumu itirmişdim. Özümə gələn kimi onu çağırdım. Başqa heç nə gözümə gəlmədi. Hay verəndə, dedim, İlahi, sənə çox şükür. Ona heç nə olmamışdısa, hər şeyi yoluna qoyacaqdı. Özünü itirmədi. Bizi yolun kənarına çıxardı, yaralarımıza baxdı. “Qorxulu bir şey yoxdur” deyib təskinlik verdi. Arada zarafatlaşdı da:
“O boyda odun-alovun içindən çıx, gəl bu yolun ortasında öl! Allah mənə bu zülmü eləməzdi!”
Dalınca ah çəkdi. Qorxduğunu hiss etdim. Zarafata salsa da, özünə yaraşmayan ölüm onu qorxutmuşdu.
Gəlib-gedənlər maşınları saxlayıb kömək təklif edirdilər. Birdən kimsə onu tanıdı. Başımıza o qədər adam yığışdı ki, yol bağlandı. Əvvəl Goranboy xəstəxanasına, sonra Ağdama getdik. Anamla sürücünü ordan Bakıya yola saldılar. Mən getmədim. Onu tək qoyub gedə bilməzdim.
Gecə dedim, uşaqlar qorxub, sən Aqşinlə yat, mən Nihadla. Üzümə aciz-aciz baxıb dedi: “Məni özünüzdən ayırmayın.”
O an küçədə anasını itirmiş uşaq kimi göründü mənə.
Qəza Allahın bir işarəsiydi. Bizi ayıltdı elə bil. Dedim, əzizim, görürsən, dar məqamda adamın yanında ailəsi qalır, çıx ordudan, gedib həyatımızı yaşayaq, iyirmi beş il xidmət etdin, bəsdir.
“Bəs anam?” - bu kəlməni həmin vaxt söylədi və bu kəlməyə bənd imiş kimi, onu xüsusi təyinatlılara əməliyyat rəisi dəvət etdilər. Arxa cəbhədən gələn heç bir təklifi qəbul etməmişdi, bunu etdi.
Bir gün evə gələndə qoltuğunda möhürlü qovluq vardı. Sən demə, əməliyyat planı imiş. Bunu sonralar anladım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-47-sevinc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yağış bizi Ağ çınqıl yoxuşuna dikələndə tutdu. Uşaqların biri sürüşüb çaya düşdü. Maral olmasa, bilməyəcəkdik bəlkə. “Kimsə yıxıldı” - dedi. Bu vaxt əsgər başını çıxarıb bir dəfə çığırmağa imkan tapdı. Qırğı ilə özümüzü yetirib avtomatı uzatdıq, yapışdı, dartıb çıxartdıq. Silahı suda qalmışdı. Qırğı özünü selə vurdu, suyun altına girib nə qədər axtardısa, tapmadı. Maral suya atılıb silahı çıxartdı. O, əsgər selə yıxılan yeri yadında saxlamışdı.Şıdırğı yağışın qara məhlula çevirdiyi qatı qaranlığı yara-yara üzüyuxarı addımladıqca xırda çınqıl ayağımızın altında aşağı axırdı. Nə qədər gedirdik, çaydan aralanmırdıq. Selin qıjıltısı bütün səsləri batırırdı. Çınqılla birlikdə axıb çaya düşsək, salamat qurtara bilməzdik. Uşaqlar fərqində deyildilər: sel bizi aparırdı. Kəşfiyyatda olduğumu unudub qışqırdım:
Dördüncü hissə, 13. Kapitan RəşidovDördüncü rabitə əlaqəsi vaxtı Orucovu başa düşmədim. Dedi, Qamış yüksəkliyinə doğru dərənin içiylə gəlirik? Gündüz vaxtı, dərənin içiylə? Heç olmasa, nəzərə çarpmayan yerlərdən bir-bir, iki-iki keçmək olmaz? Sizi görərlər axı. Cavab qısa oldu:“Qələt eləyərlər!”
Dördüncü hissə, 14. KomandirÇəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.
Dördüncü hissə, 15. Polkovnik NəbiyevKəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”