Buradan səni
Başma döndüyüm, ay qəşəng Əsmər,İstəməm gedəsən buradan səni.Mənim meylim elə sənlə xoş olub,Nə xoş xəlq eləyib yaradan səni.
Gəlmə xoyrat, gəlmə, yolda qalasan,Seyrağıb əlində zəlil olasan,İki dostu bir-birindən eyləsən,Görüm haqq götürsün aradan səni.
Gözəllər içində bəsli bəllisən,Tərlan cilvəlisən, yüz xəyallısan,Ağ sinəsi bir cüt qoşa xallısan,Görcəyin tanıdım oradan səni.
Gözəllikdə sənin əvəzin hanı?Hüsnünü bəxş edib kərəmin kanı,Dağların maralı, çəmən ceyranı,Ovçular keçirməz bərədən səni.
Aləm bilir, Adəm ata zatıyam,Göyü bilməm, yerin yeddi qatıyam,Şikəstə Abbasam, xərabatıyam,Könül, heç görmədim abadan səni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-buradan-seni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən olmuşam dərdü qəmin barkəşi,Qəmdən tikdirmişəm nə qalam indi.
Varsağını görƏttar dükanında bir molla gördüm,İtirib imanın varsağını gör!
Ya mən deyiləmNə baxırsan gözü qanlı haramı?Sən deyən günahkar ya mən deyiləm.
Yara yüzAğlaya-ağlaya düşdüm yollara,Yar ayrısı dərdü-möhnət, yara yüz.
Стихи других поэтов
Fırtınalı dənizdə bir gəmi var,İçindəki mənəm, yoxdur avarım,
Mən oldumEy ağalar, rəvamıdır bu gündəYar üzünə həsrət qalan mən oldum,
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir