Bir səda eşitdim canan elindən,Oyandım yuxudan bu sabahları.Bir cavab almadım yarın dilindən,Görüm açılmasın bu sabahları.

Ay qalxıbdı günortanın yerinə,Talıb olan qulluq eylər pirinə,İki sevgi yetsə biri-birinə,Tanrıya xoş gələr bu sabahları.

Abbas deyər: müsəllaya varmadım,Əl uzadıb yar zülfünü hörmədim,Bir bağ saldım, güllərini dərmədim,Dərdilər, tökdülər bu sabahları.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви