Sevinc təkidlə məni ordudan aralamaq istəyirdi. Deyirdi, o qədər əziyyət çəkdin, bəs edər. Arada onu eşidib təqaüdə çıxmaq barədə düşünürdüm. Amma...

Uzaqdan Yeddixırman dağını görürdüm və geriyə addım atmağı bacarmırdım.

Hərbi hissədən ayrılanda qarovulda mənə balaca bir qutu verdilər. Açdım. İçində smartfon telefon və bir məktub vardı:

“Əziz komandirim, sizin sayənizdə həyatın nə olduğunu anladım. Yoxsa atasının puluna güvənən avara bir adam olacaqdım. Xahiş edirəm, bu hədiyyəmi səmimiyyətlə qəbul edin. Əsgəriniz Cümşüdov.”

Güldüm. Zabit kimi mənə verilən hədiyyəni ilk dəfə qəbul etdim. Çünki geri qaytarmaq imkanım yox idi. Həm də bu, bir az başqa cür verilirdi. Arxasında heç bir təmənna yox idi. Artıq nə Cümşüdov əsgər idi, nə də mən komandir.

Dostlar yığcam bir məclis düzəltdilər. Orda kefim xeyli açıldı. Məclisdə köhnə dostum, dörd il əvvəl ordudan tərxis olunmuş Piriyev də iştirak edirdi. Xeyli yaşlanmış, ətə-qana gəlmişdi. Dedim, Piriyev, bax, indi getsən, səni səngərə buraxarlar! Qımışdı. Sonra məni qucaqlayıb qəhərləndi, dedi, bizi yetim qoyub gedirsən, camaat sənə güvənib buralarda güzəran düzəldib.

Əlimi əminliklə kürəyinə vurdum, dedim, narahat olma, hər şey yaxşı olacaq.

Xanı məclisin ən şirin yerində Poladova qayıtdı ki, komandir, heyif deyil gizir olmaq, nə yuxarı qalxırsan, nə aşağı yenirsən, zabit rütbəsinə etibar yoxdur.

“Yaxşı əəə!!!” - mənə sataşdığını görüb zarafatla təpindim ona. Yoxsa çox qabağa gedərdi. Xanının dilinə düşdünsə, çətin olar:

“Sən, oxu, Xanı! Danışmağı hamı bacarır.”

Səsini qaldırdı, ömrümün ən gözəl anlarını muncuq kimi Xanının səsinin üstünə düzdüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 31. Gizir Səfərov

Nə qədər harayladımsa, komandirdən cavab gəlmədi. Olmaya onu vurmuşdular? Dayandığı yerə boylandım, yox idi. Gizli bir yerdən çıxdığını təxmin edib düşmən postunu atəşə tutdum. Az keçməmiş arxadan səsini eşitdim:“Gedirik!”

20181 мин
İkinci hissə, 32. Komandir

Köməyə gələn əsgərlər Rəfiyevi iki ağacın üstündə apardılar. Mən Gizir Səfərovun yanında gözlədim, o, bir az toxtayan kimi qoluna girib posta doğru addımladım. Yoldaşlarımız kəsif tər qoxusuna bürünmüş balaca, alçaq blindajda yan-yana uzanmışdılar. Biz də onların yanına sərildik. Bədənimizdən yorğunluğun buxarı qalxırdı. Yemək yeməyə də taqətimiz qalmamışdı. Hələ mən bu vur-çatlasında qalxıb qərargaha zəng etməliydim.Dizlərimin giziltisi kəsilən kimi postdan azca aralanıb Kapitan Rəşidovla ratsiya əlaqəsi yaratdım. Əvvəldən danışdığımız kimi, məni 5-ci dalğada gözləyəcəkdi. Asanlıqla əlaqə saxladıq, vəziyyəti qısaca izah etdim və girov gətirməyin mümkün olmadığını söylədim. Zəngimə sevinsə də, əliboş qayıtmağımız kefini pozdu. “Gözlə” dedi. Bir azdan yenə əlaqəyə girdik. Danışan briqada komandiri Polkovnik Nəbiyev idi. O, qətiyyətli səslə bu sözləri söyləyib ratsiyanı söndürdü:

20181 мин
Üçüncü hissə, 1. Polkovnik Nəbiyev

Kimdən nə istədiyimi yaxşı bilirdim. Hər cür ağlagəlməz vəziyyətlərdən çıxmağı bacaran bir zabit mənə yox deyə bilməzdi. Bəlkə, bunu özü bilmirdi, mən bilirdim və imkanlarını ortaya çıxarmaq üçün ona fürsət verirdim. Komandirdən çox şey asılıdır. Atın qabağına ot misalı. O, “dil” gətirəcəkdi, əmin idim. Kəlbəcərdən belə gec qayıtması da göstərirdi ki, əmri icra etməyə çalışmış, doğrudan da, mümkün olmamışdı. Olsaydı, heç vaxt boş qayıtmazdı. Lakin olacaqdı. Xidmət rəisi Kapitan Rəşidova qalsa, qrupu geri çağırıb bir müddət gözləməli idim. Razılaşmadım. Dəmiri isti-isti döyərlər. Özünə də dedim. Dedim, Rəşidov, mən bölük komandiri leytenant Abdinova niyə eyni əmri vermədim? Yoxsa elə bilirsən, zabitlər arasına ayrı-seçkilik salıram? O, qorxusundan heç təmas xəttini keçə bilməmişdi. Gedən kimi açığa çıxıb geri qaçmışdılar. Təmas xəttini keçsəydilər də, bir iş görə bilməyəcəkdilər. Mən kimə nə dediyimi bilirdim.

20181 мин
Üçüncü hissə, 2. Komandir

Canavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:

20182 мин

Стихи других поэтов