Dördüncü hissə, 15. Polkovnik Nəbiyev
Kəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:
“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”
Haqlı idi. Amma buna da şükür. Bəlkə, nəticə belə yubandığı üçün məni daha çox sevindirirdi. Buzlar əriməyə başlamışdı. “Cəmilli əməliyyatı”na heç kim ağız büzə bilməzdi. Göstərdiyi şücaət təkcə Orucovu deyil, bütün briqadamızı göylərə qaldırmışdı. Hər yerdə bizdən danışırdılar. Biz Ali Baş Komandanı ikinci də-fə təəccübləndirmişdik. O, videomaterialı izləyəndə heyrətini gizləyə bilməmiş, Orucovu ordenlə təltif etmək fikrini də özü söyləmişdi. Bu, hərbçi karyerası üçün mühüm hadisə idi.
Artıq Orucova heç kim mane ola bilməzdi.
Bu dəfə özümü saxlaya bilmədim, onu kabinetimə çağırıb alnından öpdüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-15-polkovnik-nebiyev
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hava ağarmamış geriyə - Zod tərəfə hərəkət etməliydik. Kəlbəcərin qızıl mədənlərində 24 saat qızğın iş gedirdi. Dağları nəhəng həşərat kimi gəmirib yeyirdilər. Zodun dəmir yoluna yük maşınları işləyirdi. Mühafizə güclü olsa da, ordan girov götürmək burdan asan olardı. Hərbçilər yol boyu bütün yük maşınları ilə birlikdə hərəkət etmirdilər. Orda o qədər müşahidə aparmışdım ki, az qala hansı saatda hansı maşının, hansı avtobusun gəldiyini bilirdim. Qızıl mədənlərinin relyefi pusqu qurmağa əlverişli idi. Vəziyyəti Mazanova qısa izah edib onu yenə “mişen” təyin etdim və hərəkətə başladıq.Yorğun dəvələr üst-başının toz-torpağını tökə-tökə ayağa qalxdılar və ağır-ağır addımladılar. Zoda tərəf hərəkət zamanı Mazanovu sağ-salamat qayıtmağıma sevinib quş kimi qanadlanan Gizir Səfərov və Əsgər Hüseynov müşayiət edirdilər.
İkinci hissə, 23. Gizir SəfərovMən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.
İkinci hissə, 24. KomandirSuyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:“Kaş duz olaydı!”
İkinci hissə, 25. QırğıKolluqdan hərəkətə başlayanda susuzluqdan yanırdım. Dilim-ağzım quruyub bir-birinə yapışmışdı. Elə bil boğazıma yapışqan tökmüşdülər. Ağsaqqalı yanlayıb bizə su tapmasını xahiş etdim. O, bir az irəlidə çaydan keçəcəyimizi söylədi və keçi inadkarlığı ilə dəstənin qabağına düşdü. Şər qarışmışdı.Dərəyə doğru xeyli yenəndən sonra balaca çayın şırıltısını eşitdik. Komandir sudan çox içməməyi məsləhət gördü. Düz deyirdi. Suyu çox içəndə hərəkət eləmək olmurdu.