Hava ağarmamış geriyə - Zod tərəfə hərəkət etməliydik. Kəlbəcərin qızıl mədənlərində 24 saat qızğın iş gedirdi. Dağları nəhəng həşərat kimi gəmirib yeyirdilər. Zodun dəmir yoluna yük maşınları işləyirdi. Mühafizə güclü olsa da, ordan girov götürmək burdan asan olardı. Hərbçilər yol boyu bütün yük maşınları ilə birlikdə hərəkət etmirdilər. Orda o qədər müşahidə aparmışdım ki, az qala hansı saatda hansı maşının, hansı avtobusun gəldiyini bilirdim. Qızıl mədənlərinin relyefi pusqu qurmağa əlverişli idi. Vəziyyəti Mazanova qısa izah edib onu yenə “mişen” təyin etdim və hərəkətə başladıq.

Yorğun dəvələr üst-başının toz-torpağını tökə-tökə ayağa qalxdılar və ağır-ağır addımladılar. Zoda tərəf hərəkət zamanı Mazanovu sağ-salamat qayıtmağıma sevinib quş kimi qanadlanan Gizir Səfərov və Əsgər Hüseynov müşayiət edirdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 15. Gizir Səfərov

Əslində, yuxusuzluqdan nadinclik edirdim. “Tın-tın”- lığım da bir yandan əsəblərimi gərirdi. Burnumun sol tayı tez-tez tutulur, açmaq üçün at kimi fınxırmalı olurdum. Hər dəfə fınxıranda ermənilər diksinirdi. Onların məndən qorxması xoşuma gəlirdi. Elə ürkək dayanırdılar ki, ürək döyüntülərini bədənlərindən hiss eləyirdim. Uşaq vaxtı ovcumda tutub sıxdığım sərçələr gəlirdi xəyalıma. Heç birinə zərrə qədər yazığım gəlmirdi. İmkanım olsa, min-bir əzabla öldürüb, təzədən dirildərdim. İllah da bu kolpanbaşı! Əclaf adama oxşayırdı. Bircə uşağa azacıq rəhm edirdim. Deyəsən, o, aramızda müharibə getdiyini heç əməlli-başlı bilmirdi. Amma beyninə yeritməyə imkan tapmışdılar ki, bu dünyada “tork” adlı milyonlarla insan var və uşaqdan-böyüyə hamısı bizim düşmənimizdir.Komandir “Bir az yatın dincəlin!” deyib daşın altından çıxdı. Mən Qarikin qollarını möhkəm-möhkəm bağlayıb ipin ucunu toqqama ilgəklədim. Qırğı isə Qayı özünə bənd elədi. Alberti bağlamadıq. Günün hansı saatıydı, bilmədim, Qırğının həyəcan dolu səsinə oyandım.

20181 мин
Üçüncü hissə, 16. Komandir

Gözümün acısını almaqdan ötrü mən də azca çimir elədim. Mürgüləyən vaxt qarovulda duran əsgərin sayıqlığını yoxlamaq üçün iki-üç sual verdim. Səsi diri gəlirdi. Üstündən beş dəqiqə keçməmiş Yeddixırman dağının yaxasındakı ardıcların tünd qoxusunu duydum. Dalınca qara pişik çığırdı. Canımdan üşütmə keçsə də, oyanmadım. Dayçamız kişnəyəndə gözlərimi açdım. Qarovulçu avtomatını qucaqlayıb yatmışdı. Bütün kəşfiyyat qrupu yuxudaydı. Uşaq da yatmışdı. Bircə Qariklə Qay şirin-şirin söhbətləşirdilər. Qarovulçunun yatdığını görən Qarik pıçıltıya keçdi. Təxmini başa düşdüm ki, bizim yatdığımızı Qaya xəbər verir. Səsləri kəsildi. Qarik bağlı əllərini asta-asta Qırğının qucağındakı silaha uzadanda qayışından çəkdim, Qırğı qışqırıb oyandı. Onun səsinə hamı oyandı və Səfərovun dəliliyi tutdu. Qariki vurdu. Dalınca dirəşdi ki, bizi aldadıb yatdığına görə qarovulçunu qayadan atmalıyıq. Onu birtəhər sakitləşdirdim. Dedim, narahat olmasın, öz yoldaşlarını təhlükədə qoyan əsgər cəzasını alacaq. Amma burda yox.Qarikin hərəkəti sal daşın altında səssiz bir gərginlik yaratmışdı. Hamı kəfəni yırtıb çıxmış kimi hiss edirdi özünü. Mənə qalsa, təhlükə o qədər ciddi deyildi. Silahı çəkiləndə Qırğı onsuz da oyanacaqdı. Amma bir məqam vardı - mən avtomatı qəfil çəkdim, asta çəksəm, Qırğı bilməyə bilərdi.

20182 мин
Üçüncü hissə, 17. Qırğı

Heç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:

20183 мин
Üçüncü hissə, 18. Komandir

Necə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.

20183 мин

Стихи других поэтов