O gecə səhərəcən yumurtası tərs gələn toyuq kimi döyükdüm. Bütün qrup həyəcan içindəydi. Gizir Səfərovun ürəyi partlayırdı. Bir neçə dəfə özündən çıxıb komandirin ardınca getmək istədi, tutub-saxladıq. Axırı ona sakitləşdirici dərman verməli olduq, lakin dərman onun həyəcanını daha da artırdı. İki nəfər qolundan sallaşmışdı. Arada ağzını da tuturdular ki, söyüş söyəndə səsi eşidilməsin.

Gecə boyu Maralı müşahidə nöqtəsində saxladıq. İtlər hürüşdükcə nəfəsi titrəyirdi. Bəzən həyəcandan tıncıxır, danışa bilmirdi. İtlərin hər hürüşməsinə bir dəfə sevinir, bir dəfə həyəcanlanırdıq. İt hürürdüsə, demək, komandir sağ idi, eyni zamanda, hər hürüşmənin ardınca onun görülmə ehtimalı artırdı.

Ömrümdə Allaha o qədər yalvarmamışdım. Yalvara-yalvara Allahın varlığına daha çox inanırdım. Özüm ölümlə üz-üzə qalsaydım, bu qədər sarsılmazdım. Komandirin başına bir iş gəlsə, bölüyə hücum edəcək, onlar oyanıb, geyinib, silahlanana qədər qırdığımızı qıracaqdıq. Gizir Səfərov çoxdan bu barədə düşünürdü.

Görəsən, qaranlığa bələnmiş Dəmirçidam kəndində nə baş verirdi? Komandir indi harda idi?

İtlər yenə hürüşdü. Maral eşitdiyimiz səslərin mənasını həm mənə, həm özünə izah edir, komandirin sağsalamat olmasına ikimizi də inandırırdı.

İt hürür: “Girə bilmir bölüyə. Mümkün deyil. Usta adamdır, bunu gec-tez anlayacaq.”

Güllə atılır: “Boş şeydir. Göyün boşluğuna atılır. Bunlar lap naşıdılar ki!”

Sakitlik çökür: “Gizlənə bildi. Müşahidə aparır.”

Bölüyün yuxarısındakı itlərin biri ulayır: “İt qaraltının nə olduğunu bilmir. İçəridəkilər də bunu hiss edir. İtləri hürdürənin vəhşi heyvan olduğunu düşünürlər.”

Yenə sakitlik: “Qayıdır, deyəsən...”

Qəfil daha bərkdən hürüşmə: “Vay! Vay! Bu nə inadkar adamdır? Özünü ölümə verəcək.”

Qıylama və üç-dörd güllə səsi: “Deyəsən, gördülər. Allah saxlasın.”

Yenidən sakitlik: “Şükür, görmədilər.”

Və sakitlik uzanır, uzanır, uzanır...

Sakitliyin səs-küydən daha həyəcanlı olduğunu Maral da duyur, deyəsən. Lakin bu səssizlikdən nikbin mənalar çıxarmağa çalışır: “Bölüyə girməyin mümkün olmadığını anladı, qayıdır.”

“Nədən bilirsən?” - soruşuram.

“Səncə, kəşfiyyatçı gedən yer belə sakitlik olar?”

“Yox. Bunu anladım. Amma gizlənib müşahidə də apara bilər.”

“İtlər ulayan vaxt elə idi. Səsini kəsibsə, qaraltı, ona məlum olmayan təhlükə uzaqlaşır demək. İtlər bunu havadakı iydən hiss edir. Gözləri uzağı yaxşı görmür.”

Maral kəndlə aramızdakı balaca dərəni dinşəyir. Bu an onun ətrafı təkcə qulaqları ilə deyil, bütün bədəniylə dinlədiyini hiss edirəm. Üzündəki təbəssüm qaranlığa işıq saçır: “Komandir yaxınlaşır!”

Mən bizə yaxınlaşan adamın hənirtisini iki-üç dəqiqə sonra eşidirəm. Hər ehtimala qarşı silahımı sazlayıram.

“Neynirsən?” - Maral silahın lüləsini aşağı basır. Komandir görünür. “Şükür sənə, İlahi!” deyib Gizir Səfərovu müjdələməyə qaçıram. “Göy-göl”də yaxşı bir qonaqlıq alacam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, 7. Komandir

Anamın yerini gənc bir əsgərdən öyrəndim. Biz Qənbərlinin çıxacağında durub Cinli tərəfdən gələnləri bir-bir sorğu-suala tuturduq. BMP-nin üstündə oturan gənc əsgər gözlərini məndən yayındırdı. O, nəsə gizləyir, qəlbindəkini baxışlarından oxuyacağımdan qorxurdu. Əsgərə çox baxıb ürkütmək istəmədim.Düşmən artıq Qənbərlini atəşə tutmuşdu və hərbçilərdən başqa hər kəs kəndi tərk edirdi.

20185 мин
Birinci hissə, 8. Zabil

Anamın Çulluya gətirildiyini eşidən kimi yerimdən qalxdım, əynimi geyinib, bayıra qaçdım. Həyətdə heç kim yox idi. Məni axşamdan qohumlardan birinin evinə gətirib çimizdirmiş, yemək-içmək verib yatızdırmışdılar. Gecədən yorğun düşdüyüm üçün gün qalxanacan yatmışdım. Yuxudan oyananda evin küncündə yaşlı bir qadının öz-özünə danışdığını gördüm. Ondan atamıqardaşımı soruşdum. Dedi, ananı gətirirlər, hamı kəndin girəcəyinə toplaşıb.Qənbərlidən gələn yolun üstünə bir dəstə qadın yığışmışdı. Kişilər irəli, uzaqdan gələn hərbi maşına tərəf gedirdilər. Yaxınlaşanda qadınların qışqırığını eşitdim. Elə bildim, anamın gəlməsinə sevinirlər. Mən də onu görməyə tələsdim. Qadınların yanına çatanda onların sevindiyini yox, ağladığını gördüm.

20183 мин
Birinci hissə, 9. Komandir

Uşaqlıqdan silahı çox sevmişəm. Silah görəcəyəm deyə müharibə filmlərindən ötrü ürəyim gedirdi. Hər gecə yerimdə mürgüləyib gah sağa, gah sola yıxıla-yıxıla saat 11-i gözləyirdim. Anam nə qədər təkid edirdi, yatmırdım. Saat 10-da rusların “Vremya” verilişi başlayırdı. Müharibə filmlərinin sevgisindən dilini bilmədiyim xəbərlərə axıracan baxırdım. Rus sözlərinin çoxunu belə-belə öyrəndim. O zaman televizorda anons verilmirdi, biz filmlərin adına televiziya proqramları çap olunan qəzetlərdən baxırdıq və döyüş filmi olubolmadığını təxmin edirdik. Təxminimiz düz çıxırdısa, səhəri gün bütün kənd uşaqları filmdəki fraqmentləri canlı oynayırdı. Bunun üçün bizə silah lazım idi. Silahları taxtadan mən düzəldirdim. Özümün oyuncaq bir neçə tapançam, iki avtomatım vardı. Tapançanın birinə nazik borudan lülə qoymuş, qara lentlə sarıyıb əməllibaşlı silaha oxşatmışdım. Qənbərlidəki məktəbdə bir uşağa göstərdim, elə bildi həqiqi tapançadır.Silahın dərdindən hərbi dərslərə böyük sevgiylə hazırlaşırdım. Təlim avtomatını ilk dəfə əlimə alanda rahatca söküb-yığdım. Müəllim də məəttəl qaldı, özüm də. Elə bil avtomatla doğulmuşdum. Hərbi yerişi, salamı, marşı, əleyhqazdan istifadəni də yaxşı bacarırdım.

20185 мин
Birinci hissə, 10. Sevinc

O ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?

20184 мин

Стихи других поэтов