Üçüncü hissə, 18. Komandir
Necə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!
Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.
Çəmənliyin rahat yerində dayandıq, bir-birimizdən on-on beş metr aralı mövqe tutub gözlədik. Mazanov qətiyyətli addımlarla irəliləyib qaranlıqda yox oldu. İnamla yeridiyini görüb xeyli ürəkləndim. O, düz qırx dəqiqəyə qayıtdı. Aşağı postdan bizim üçün quru çörək və pendir gətirmişdi. Acmışdıq. Mazanovun gətirdiyi pendir-çörək olmasa axırıncı yoxuşu qalxa bilməyəcəkdik.
Bizim posta yaxınlaşanda Ağsaqqal bir neçə dəfə quş kimi səsləndi, Əyri yamacda işıq yandı və söndü. Daha ürəklə addımlayıb posta qalxdıq. Hamı bizi gözləyirdi. Postdakı kəşfiyyat əsgərini Rəfiyevin dalınca göndərdik. İçəri girən kimi Gizir Səfərov yorğunluğunu unudub gülə-gülə soruşdu:
“Əliboş gəldin? Bəs dedilər əsir gətirirsən?”
Rəfiyev mat-mat üzümüzə baxır, nə baş verdiyini anlamağa çalışırdı. Səfərov zarafatın dadını çıxarmamış bayırda vur-çatlasın düşdü. Postun əsgərləri Qariki döymək istəyirdilər. Gizir Səfərov silahını çəkib özünü çölə atdı:
“Avaralar! Sən öl hamınızı aşsüzənə döndərərəm! Duxunuz çatır, gedin özünüz gətirin, ondan sonra döyün! Siz kimsiniz mənim girovuma əl qaldırırsınız?”
O gündən bu söz yaddaşımda ilişib qaldı və hər dəfə xatırlayanda məni ürəkdən güldürdü: “Mənim girovum!”
Ömrümdə ilk dəfə “Girovum” sözünü beynimdə şəxs əvəzliklərinə görə dəyişdim. Qəribə səslənirdi.
Səhər açılmışdı. Yaxın postlardan kim eşidirdisə, girovları görməyə gəlirdi. Hərə bir sual verir, kimi söyür, kimi dartınırdı. Gizir Səfərov Qarikə əməlli-başlı mühafizəçilik edirdi. Əsirlərlə rəftarın yaxşı olmadığını görüb onları blindaja qapadım, yanına da keşikçi qoydum. Toğanadan ardımızca göndərilən maşın gəlib çıxanacan blindaja məndən başqa heç kim girə bilməzdi. Bu qərardan sonra hamımız rahatladıq. Ən çox da Gizir Səfərov. Artıq “onun girovu”nu heç kim incidə bilməzdi.
Qarikgillə bircə nəfərin görüşməsinə icazə verdim. O, hərbi hissədən maraq üçün dəvət olunan göyçəli əsgər idi. Mənə deməyə çəkinsələr də, Əyri yamacdakı uşaqlar Göyçə gölünün yanınacan gedib çıxdığımıza inanmırdılar. Ağsaqqalla aralarında mübahisə də düşmüşdü. Hərbi hissədəki göyçəli əsgəri mübahisəyə son qoymaq üçün çağırmışdılar. Əsgər Qariki də, Qayı da tanıdı. Qucaqlaşıb görüşdülər. Hətta Qay kövrəlib ağladı. Bizim əsgər də xeyli qəhərləndi. Çölə çıxanda ondan soruşdum:
“Qarikin yanındakı uşaq kimdir?”
“Tanımadım.”
“Deyir, bacım oğludur.”
“Bacısı oğludursa, atası hərbçidir. Qarikin bircə bacısı var, o da irəvanlı bir zabitə ərə gedib.”
Göyçəli əsgər heyranlığını gizlətmirdi:
“Siz hara gedib-çıxmısınız? Böyük Mərzədə idiniz?”
“Hə.”
“Oraları dağıdıblar?”
“Yox, əskinə, abadlıqdı. Bircə toyuq fermasını dağıdıblar.”
“Atam o fermada işləyirdi. Mən orda doğulmuşam.” “Doğrudan? Biz iki-üç saat orda gizlənib müşahidə apardıq. Buxarınızın yeri bilinirdi.”
“Vay-vay!” - qəhərləndi.
Göyçəli əsgərin əlini sıxıb yola salandan sonra gözüm Səfərovu axtardı. Özünü postun həndəvərinə verib kəklikotu yığırdı.
“Orda neynirsən, yoldaş “zamkamvzvod?” - ona hərdən zarafatla belə müraciət edirdim.
“Atama kəklikotu yığıram!”
“Atan hardadı? Toğanadan gələn maşında o da gəlir?” “Məzuniyyətə gedəndə aparacam!”
“Səni məzuniyyətə buraxan var?”
“Hər əməliyyatdan sonra üç-beş gün məzuniyyət verirlər.”
“Əməliyyat keçirmək kəşfiyyatçının borcudur, buna görə nə məzuniyyət?”
“Verməsəniz, qaçacam!”
“Bircə şərtlə verərəm; bir az da mənim atama yığ o kəklikotudan.”
“Gözüm üstə!” desə də, işlətmək üçün əsgərləri harayladı.
Çoxdan atama baş çəkmirdim. İki günlük də olsa, Sumqayıta getmək arzusu baş qaldırdı içimdə. Buna görə özünü dağa-daşa verib ayı kimi eşələnən Gizir Səfərova ürəyimdə minnətdarlıq etdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ucuncu-hisse-18-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sevmirdim onu. Ailə qurmaq da istəmirdim. Çox kasıb yaşadığımız üçün işləyib ata-anamı vəziyyətdən çıxarmaq barədə düşünürdüm. Həm də hərbçiylə çətin olacaqdı. Bunu özü də mənə demişdi, qohumlar da. Bircə mənimlə açıq danışması xoşuma gəldi. Gördüm, mərd adamdır.Fikrim qəti idi. Ailə qurmaq ağlımın ucundan da keçmirdi. Atam imkan vermədi. O, anamla dolanmırdı. Evimizə elə bir ziddiyyət düşmüşdü ki, başımı alıb qaçmaq məcburiyyətində qaldım. Belə bir vaxtda yun papaqlı zabit üzümə qapı kimi açıldı.
Dördüncü hissə, 22. KomandirDeyirəm də, hər şey “Cəmilli əməliyyatı”ndan sonra başladı. Həyatım yeni bir ritmə düşdü. Rütbə aldım, vəzifə aldım, orden aldım, ailə qurdum, oğlumuz oldu, Toğanada evimiz oldu.Mənim bütün uğurlarımda xüsusi əməyi keçən Kapitan Rəşidov xoşbəxtcəsinə gülümsünürdü. Bir gün isə tamam ağlagəlməz hadisə baş verdi. Polkovnik Nəbiyev yanına çağırıb, rəisin getmək istədiyini və məni öz yerinə təklif etdiyini söylədi. İnanmadım. Kapitanla görüşüb söhbətləşdim. “Səndən yaxşı kim işləyə bilər?” - söylədi. Tərəddüd edirdim. Bacarardımmı? Briqadanın kəşfiyyat xidmətinin rəisi balaca vəzifə deyildi. Götürqoy etməli idim. Kapitan Rəşidov məni ürəkləndirdi:
Dördüncü hissə, 23. Polkovnik NəbiyevXidmət rəisinin təklifini nəzərə alıb Orucovla görüşdüm. Məncə, bacaracaqdı. Qəhrəmanlığı öz yerində, onda qeyri-adi bir qabiliyyət də vardı; diqqətindən heç nə yayınmırdı!Dağ şəraitində keçirilən kəşfiyyat əməliyyatları haqqında çoxlu kitablar oxumuşam. Rusiyanın Qafqazda xidmət edən yüksək çinli zabitlərinin xatirə və gündəlikləri bu mövzuda ən yaxşı yazılar kimi yadımda qalıb. Dağlar fərqlidir. Hərbi əməliyyatlar üçün, ən başlıcası, dağ şəraitində rahat hərəkət etməkdir. Murovda yamaclar düşmən tərəfdən rahat, biz tərəfdən sərt olduğuna görə onlar öz postlarına yol çəkir, artilleriya və ağır texnikanı təmas xəttinə yaxınlaşdırırdılar. Bu fakt Orucovun gözündən yayınmamışdı. Söhbət zamanı erməni üzdən çəkilən bütün yeni yolların xəritəsini stolumun üstünə qoydu. Məəttəl qaldım. Ona yol çəkilişlərini müşahidə etmək barədə xüsusi tapşırıq verilməmişdi, özü bunun əhəmiyyətli olduğunu anlayıb xəritəsini çıxarmışdı. Düşməndən müdafiəmiz üçün bu məlumatların qiyməti yox idi.
Dördüncü hissə, 24. KomandirHər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?
Стихи других поэтов
Müşküllər pənahı çatıb dadına,Düşmüşdüm ayaqdan ayağa, gəldin.
می شود هر دم جنون ما ز ابرویت فزونهست ابروی تو ما را سر خط مشق جنون
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.