Erməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.

Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.

Kəşfiyyat qrupu gəlib çıxmamış ermənilər əl-ayağa düşmüşdülər. Telefonda yalvarır, nə istəsək, verəcəklərini deyirdilər. Əməliyyatın necə uğurlu keçdiyini onların yalvarışından hiss etmişdim və Kapitan Rəşidovu muştuluqlamışdım. Bizim qəhrəmanlar yol gəlirdilər.

Baş qərargahdan zəng edib Ali Baş Komandanın mənimlə danışmaq istədiyini söylədilər. Özümdən asılı olmadan ayaq üstə qalxıb papağımı qoydum:

“Salam, Nəbiyev!”

“Salam, cənab Ali Baş Komandan!”

“Nəbiyev, deyilənlər düzdür?”

“Düzdür, cənab komandan!” - bildim ki girovları soruşur.

“Maraqlı nəsə deyirlər?”

“Hələ danışdırmamışıq. Qərargaha bir azdan çatacaqlar. Üçü də mülki şəxsdir.”

“Deyirlər, aralarında hərbçi oğlu da var.”

“Var. 13 yaşlı uşaqdır. Alay komandirinin oğludur.” “Müdafiə Nazirliyinə tapşıracam, vertolyot göndərsin, əsirləri Bakıya yola salarsınız.”

“Baş üstə, cənab Ali Baş Komandan!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 3. Qırğı

Səhər saat 5 radələrində ön xətti təmizləmək üçün çıxan iki sapyor təxminən bir saatdan sonra geri qayıtdı. Onlar minaaxtaran nizələr əllərində Kapitan Rəşidovun qarşısında fağır-fağır dayandılar:“Ön xətt açıqdır, gedə bilərsiniz!”

20181 мин
Dördüncü hissə, 4. Komandir

Ömər və Güzgü zirvələrinin sağındakı yüksəklik düşmənin əlindəydi. Ondan arxaya bizim nəzarətimizdə olmayan daha bir zirvə vardı. “Cabir postu” ilə üz-üzə olan bu yüksəkliyə şərti olaraq Qamış yüksəkliyi deyirdik. Biz səhərə yaxın təmas xəttini “Cabir postu” ilə Qamış yüksəkliyinin arasından keçəcəkdik. Düşmənin ən zəif postu bura idi. Uzun-uzadı müşahidə aparıb vəziyyəti öyrənmişdik. Gecələr rahatca yatır, bəzən qarovul da qoymurdular.Əməliyyat zamanı hər hansı hadisə baş versə Kapitan Rəşidovun rəhbərlik etdiyi qrup Qamış yüksəkliyini götürəcək, düşmən əsgərlərini əsir alacaqdı. O, bizə yalnız bu cür kömək edə bilərdi.

20181 мин
Dördüncü hissə, 5. Qırğı

Təmas xəttini bu nöqtədən ilk dəfə keçirdim. Canımda üşütmə vardı. Buz üstünə çıxan buzov kimi titrəyirdim. Əvvəla, nəinki düşmən, heç biz tərəfdə basdırılan minaların da yerini bilmirdik. 701-in vaxtından nə basdırılmışdı, hara basdırılmışdı, məlumat yox idi. İkincisi, düşmən öz tərəfində istehkamı möhkəmləndirmişdi. Aldığımız məlumata görə, onlar müasir və həssas piyada minaları əldə etmişdilər. Üçüncüsü və ən vacibi, bizim sapyorlara inanmırdım. Ayağımı hər atanda on dəfə dua, hər çəkəndə on dəfə şükür edirdim. Canlı hədəf idim. “Mişen”.Sapyorların açdığı cığır tərtəmiz idi. Ön xətti sağsalamat keçib dərə boyu Qonurdağa üz tutduq. Ağ çınqılı yenib dağa dikləşəndə yağış başladı, zirvəyə çatanda daha da gücləndi. Ağ yağış deyirdilər buna. Damcısı iri yağışlar adətən uzun-uzadı yağmır. Ağ yağış iri damcılarla gün ərzində fasilələrlə yağır, bəzən saatlarla şıdırğı tökür. Adamı vahimə basır. Elə bilirsən, dağları sel yuyub aparacaq. Hələ ildırım! Qulağının dibində çaxır. Biz çıxan zirvələrin başı buludu dəlib keçir. Demək, ildırım başımızın üstündə yox, qulağımızın dibindədir. İldırımı çəkməsin deyə rabitə qurğusunun daşını çıxartdıq.

20183 мин
Dördüncü hissə, 6. Komandir

Kamera məndə, snayper Qırğıda, durbin Ləzgidə... Biz Kəlbəcər tərəfki dağın yaxasından düşmən postları yerləşən Ömər aşırımına baxırdıq. Aramızdan axan Lev çayının səsi Xaçını xatırladırdı. Görəsən, Xaçınla hardasa qovuşurdular? Suları bir-birinə qarışırdı?Dağlara qəribə mənzərə açılmışdı. Kəlbəcər üzdən Murov fərqli görünürdü. Zirvələr daha hamar, yamaclar daha tumarlı. Hər yerə təzə yollar çəkmişdilər. Bu yolları tələsmədən kameraya aldım. İrəli çıxanda artıq Cəmilli qərargahı görünürdü. Hərbi hissə köhnə ferma yerində salınmışdı. Aramız üç yüz-dörd yüz metr olardı. Bir az qabağa gedib kameranı işə saldım. Əsgərlər səhər düzülüşünə çıxmışdılar. Kamera uzaqdan yaxşı götürmürdü deyə bir az da yaxınlaşmaq lazım gəlirdi. Uşaqlara dayanıb maskalanmaq işarəsi verib özüm, təxminən, 80-90 addım irəli çıxdım, çəkiliş üçün yaxşı mövqe seçib kameranı işə saldım. Üstündə işıq yanırdı. Diqqət çəkə bilərdi. Ancaq daha bundan keçmişdi.

20181 мин

Стихи других поэтов