Səhər saat 5 radələrində ön xətti təmizləmək üçün çıxan iki sapyor təxminən bir saatdan sonra geri qayıtdı. Onlar minaaxtaran nizələr əllərində Kapitan Rəşidovun qarşısında fağır-fağır dayandılar:

“Ön xətt açıqdır, gedə bilərsiniz!”

Komandir taleyimizə qərar verən sapyorlara çarəsizcə baxdı və üzünü Kapitan Rəşidova tutub dedi:

“Rəis, indi biz bunlara inanaq?”

Kapitan qımışdı:

“İnanmaqdan başqa əlacımız yoxdur!”

Murovda kəşfiyyat getdikcə çətinləşirdi. Orucov gələndən sonra ard-arda bir neçə uğurlu əməliyyat keçirdiyimiz üçün düşmən bütün keçidləri təzədən minalamışdı. Hərəkət etmək təhlükəliydi.

İndiki əsgərlərə iki il əvvəl təmas xəttini sapyorsuz keçdiyimizi deyəndə, inanmırdılar. Bu, doğrudan da, inandırıcı deyildi. Yadıma düşdükcə özüm də şübhə edirdim və ovaxtkı cəsarətimə görə indi qorxurdum. Əslində, buna cəsarət də demək olmazdı. Bilmirdik. Anlamırdıq. İndi çox şey dəyişmişdi. Mən özüm kurs keçib gizir rütbəsinə qalxmışdım. Hüseynovla Rəfiyev də bir pillə irəliləyib çavuş olmuşdular.

Kəşfiyyata daha ciddi hazırlaşır, daha güclü qrupla gedirdik. Yeddi-səkkiz nəfərlik qrupun bir snayperi, bir sanitarı, bir rabitəçisi, bir pulemyotçusu, üç-dörd əsgəri vardı. Pulemyotu daşımağa iki əsgər ayrılırdı. Ərzağı da xeyli artırmışdılar. Türkiyədən lobyalı tuşonka, qatı süd gətirmişdilər. Düzdü, ard-arda yeyəndə bizi bezdirir, mədəmizi qıcqırdırdı, amma daha nə edəydik? Ac qalmaqdansa, bu yaxşıydı. “Pesok”lu suya yenə də sevimli içkimiz kimi baxırdıq.

Təkmilləşmə düşmən tərəfdə də gedirdi. Ayıq-sayıqlığı artırmışdılar. Təmas xəttini sağ-salamat keçmək işin əsas hissəsiydi. Komandir buna görə narahat olurdu. Arıq-çəlimsiz sapyorların öz işlərini dəqiq gördüyünə şübhə etsəm də, komandirin “dozor” çıxacağından qorxub özümü qabağa verdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, 14. Xanı

O vaxt onu tanımırdım. Səhər tezdən ön xətdən növbəni dəyişib qayıdırdıq, gördük yolun qırağında göygöz, sarıyanız bir əsgər var, yanında da bir meyit. Maşına əl elədi. Saxladıq. Köməkləşib meyiti kuzaya qaldırdıq. Soruşdum, kimsən, hardan gəlirsən, atışma gedən yerdən aralı, yiyəsiz düzəngahın ortasında bu əsgəri kim öldürüb? Əməlli bir cavab vermədi. Kuzada oturub kürəyini “bort”a söykədi və anındaca mürgülədi. Bizim uşaqlardan biri “Bu, rusa oxşayır” deyib onu silkələdi:“Ey, sluşi, kimsən?”

20181 мин
Birinci hissə, 15. Komandir

Ergi tərəfdəki postlarımıza hücum olmuşdu, təcili köməyə getməliydik. Yorğun olduğuma baxmayaraq, qaçıb batalyon komandirinin “UAZ”-ına mindim.Ergidə fəlakət baş vermişdi. Düşmənin doqquz tankı qəfil hücuma keçib səngərlərimizi dağıtmış, əsgərlərimizi qırıb-çatmışdı. Biz ora çatanda, qeyri-bərabər qüvvə ilə düşməni geri oturdub, döyüş meydanında qalan yaralıları çıxarırdılar. Dedilər, düşmən geri çəkiləndə bizim yaralı əsgərlərin hamısının başına güllə sıxıb, bir nəfər təsadüfən sağ qalıb. İndi onların postunun lap yaxınlığında əl-qol ata-ata kömək istəyir, yaxınlaşmaq mümkün deyil.

20188 мин
İkinci hissə, 1. Polkovnik Nəbiyev

Baş qərargahla uzun-uzadı telefon danışığından sonra kəşfiyyat əməliyyatının keçirilməsi üçün razılıq ala bildim. Mərkəz atəşkəsin pozulacağından qorxurdu. Onları qınamırdım. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə sülh danışıqları apardığımız bir vaxtda müharibəyə başlamaq əleyhimizə yozular, bizi istəməyənlərin dəyirmanına su tökərdi. Həm də, açıq desək, döyüşə hazır deyildik. 701-in məğlubiyyətindən sonra Murovda mövqelərimizi təzə-təzə möhkəmləndirirdik. Mən bu istiqamətə təyin olunan gündən postlar yaradır, səngərlər qazdırırdım. İş həddindən artıq çox idi. Çətinliyimizin ən böyüyü relyeflə bağlıydı. Postlara yemək və su qaldırmaq böyük problemə çevrilmişdi. Maşın yolu yalnız Ömər aşırımınacan gedirdi. Hündür, boz qayalardan ibarət olan yüksəkliklər hərbi hissədən çox aralı olduğu üçün əsgərlər postlara lazım olan şeyləri çiyinlərində daşıyırdılar. Seyrək havada dik uçurumlara qalxanda adam təngnəfəs olur, addım ata bilmirdi. Qışda isə aylar uzunu düşmənlə deyil, qar və şaxta ilə döyüşməli olurduq.Atəşkəsin pozulmayacağına qəti söz verməmiş əməliyyata icazə ala bilmədim. Demək, planımız məxfi qalmalı, kəşfiyyatçılar iz buraxmamalıdır. Tapşırıq məsuliyyətli və çətin idi. Söhbət Kəlbəcər üzə adlayıb düşmən tərəfdən girov gətirməkdən gedirdi. Buna görə kəşfiyyat qruplarına rəhbərliyi nəzərdə tutulan şəxslərlə birbaşa özüm görüşmək qərarına gəldim. Əməliyyata da özüm rəhbərlik edəcəkdim. Çoxdankı arzum olsa da, kəşfiyyat xidmətini hələ tam formalaşdıra bilməmişdim. Düzdür, belə bir xidməti yaratmış, Kapitan Rəşidovu rəhbər təyin eləmişdim, amma hələ qarşıda çox iş görülməli idi. Ən vacibi, zabit çatışmırdı. Ona görə də kəşfiyyat xidmətinin yalnız bir bölüyü vardı.

20182 мин
İkinci hissə, 2. Komandir

İlk kəşfiyyat əməliyyatına da briqada komandiri Polkovnik Nəbiyevin tapşırığı ilə getmişdim. Onda mənimlə şəxsən görüşməmişdi, əmri xidmət rəisi Kapitan Rəşidovdan almışdım. Uşaqları rəisin məsləhəti ilə seçdim. Qırğı da yeni gəlmişdi. Onun gözlərindəki parıltı diqqətimi çəkdi, həvəsli olduğunu görüb əməliyyata yazdım.Tapşırıq belə idi: Kəlbəcərin Yanşaq kəndinə gedib müşahidə aparmalıydıq. Aldığımız məlumata görə, ora ağır artilleriya və texnika gətirilirdi.

20185 мин

Стихи других поэтов