Dördüncü hissə, 2. Komandir
“Cabir postu” haqqında Murovda kədərli bir əhvalat dolaşırdı. Deyilənə görə, Cabir adında komandir əsgərləriylə postdaymış. Əsgərlər çimmək üçün icazə istəyirlər, o da səhvən hamısını birdən yola salır. Komandirin tək qaldığını görən düşmən hücuma keçir. Cabir təkbaşına postu axıracan qoruyur, ağır yaralansa da, mövqeyini tərk etmir. Bizimkilər özlərini çatdırıb düşməni geri oturdanda Cabirin səngərdə həlak olduğunu görürlər.
Hər dəfə o posta qalxanda Cabirin düşdüyü vəziyyəti düşünür, düşmənin hardan, necə gəldiyini xəyalımda canlandırır, özümü, əsgərlərimi qəhrəman komandirin yerinə qoymağa çalışırdım. Oxşar vəziyyətə düşsək, biz də axıracan vuruşardıqmı? Vuruşardıq. Buna əminəm.
Dik, sıldırım qayanın və uçurumun üstündə yerləşən “Cabir postu”na iplə qalxırdılar. İpsiz getsən, ya iməkləməli, ya da sürünməliydin. Həm də çox ehtiyatla. Allah eləməmiş, əlin-ayağın üzüldü, dərənin dibinə yomalanardın.
Biz ön xətti “Cabir postu”ndan keçəcəkdik.
İp qarın-yağışın altında çürümüş, nazilmişdi. Hər an qırıla bilərdi. Əlimi atdıqca canıma vəlvələ düşürdü. Qırılsa, ölmək bir yana, şil-şikəst qalardın. Bir kəşfiyyatçının qayadan yıxılıb ölməsi, yaxud şikəst qalması adamın arına gəlirdi.
Postdakılara xəbərdarlıq elədim:
“İpiniz nazilib, üzülə bilər!”
Post komandiri:
“Əsgər göndərmişik, alacaqlar!”
“Əsgər niyə?”
“Komandir səhər düzülüşündə elan etdi ki, kim Bakıdan bizə yüz metr kəndir alıb gətirsə, ona bir həftəlik məzuniyyət verərəm. İki əsgər irəli çıxdı, iksini də yola saldı. Köməkləşib alacaqlar.”
Gülmək tutdu məni, “Maşallah”dan özgə deməyə söz tapmadım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-2-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əvvəl Hüseynovun, sonra Mazanovun yanına qayıtdım. İyirmi dəqiqə keçməmiş hamımız uçuq divarların arasında özümüzə yer eləmişdik. Biz gələnəcən komandir tikilinin nə olduğunu müəyyənləşdirmişdi:“Bizimkilərin toyuq ferması olub.”
Üçüncü hissə, 10. KomandirDoğru deyirdim. Adam öz torpağında nədən qorxmalıdır? Əlimizi-qolumuzu sallaya-sallaya taxıl zəmisinə yaxınlaşdıq. Artıq biçinçilər işə başlamışdı. Kövşən yerləri heyvanlarla dolub-daşırdı. İki-bir, üç-bir əsgərlər də gözə dəyirdi. Bizə tərəf heç baxmırdılar da! Zəminin yaxınlığındakı təpənin üstünə qalxdıq, uzanıb ətrafı müşahidə etdik. Arada növbəylə yatdıq. Oyanıb söhbətləşdik. Qırğı öz həyat hekayətini mənə danışdı. Laçında doğulub. Düşmən deyilən varlıqları ilk dəfə bizimkilər Xankəndidən Gorusa gedən yük maşınlarının qarşısını kəsəndə görüb. Laçının “Aşağı poçt”unda karvanın qabağını kəsib sürücüləri düşürüblər, döyüblər, ölümlə hədələyiblər.Qırğı danışdıqca qızışırdı:
Üçüncü hissə, 11. Gizir SəfərovKomandirin sualını eşidəndə necə ürəkdən güldümsə, hamı diksindi. Yəqin, başa düşdülər ki, qorxan adam düşmən ölkənin ortasında belə ucadan gülməz. Cibimdəki pres kəndirlərini və əski qırıqlarını çıxarıb Qırğıya verdim, dedim, istəyir dünyanın ən güclü adamı olsun, ortasından yapışıb saxlayacam, sən əllərini bağlayıb, əsgiləri ağzına tıxayarsan. Vəssalam! Burda çətin nə var?!Maşına ehtiyatla yanaşmalıydıq. Kabinədəki polis, yaxud hərbçi ola bilərdi. Bəzən belə yerlərə mühafizəçi ayırırdılar. Maşında silahlı şəxs olsa, yəqin, gün ərzində komandirin gözündən yayınmazdı. Biz toyuq fermasının yıxıq tikililərində istidən tıncıxdığımız vaxt onlar təpənin başında nə edirdilər? Aşıqdan-qarmondan danışası deyildilər ha!
Üçüncü hissə, 12. KomandirƏtrafı bir də gözdən keçirib mövqe tutduq, Səfərovla Əsədovun təhlükəsiz hərəkət etməsi üçün şərait yaratdıq. Səfərov bizə yaxınlaşan kombaynın arxasına keçib pilləkənin üstünə atıldı. Arxa şüşədən içəri boylanıb qapının tutacağından yapışdı. Qırğı kombaynın qabağında peyda olub silahını kabinəyə tuşladı. Kombayn dayandı. Gizir Səfərov qapını açıb sürücüylə boğuşdu, onu dartıb yerə saldı. Sürücü “Bandit!” deyə qışqırdı.Qırğı da gursaçlını dartıb düşürdü. Gursaçlı baş verənləri o dəqiqə anladı: “Tooork!!!”
Стихи других поэтов
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
Yox, bu uşaqlıq deyilYox, bu uşaqlıq deyil,Əlacsızlıq, zəiflik,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir