Dördüncü hissə, 1. Kapitan Rəşidov
Bölüyə gedəndə bütün hazırlıqlar görülmüşdü. Orucov seçdiyi uşaqların içərisində köhnələrdən Gizir Əsədov, Çavuş Rəfiyev, Çavuş Hüseynov və Əsgər Şabanov vardı. Məncə, qrup yaxşı seçilmişdi. Briqadanın kəşfiyyat xidmətinə tabe olan digər taqımlardan əsgər gətirməyə ehtiyac qalmırdı.
Kəşfiyyat qrupunun uşaqları ilə əməliyyatı bir daha müzakirə edib, tapşırıqlarımı verdim. Axırda Karta Sabirdən Lev çayının sahilində qoyduğu səliqəsiz nöqtələrin mənasını soruşdum. Aydın bir cavab vermədi. Əvəzində xəritəni ən incə detallarınacan gözdən keçirən kəşfiyyatçılara baxıb güldü:
“Elə baxırsınız, guya mükəmməl əməliyyat keçirəcəksiniz!”
“Duxun çatır, sən də gəl bizimlə, gözlərinlə gör!” - Qırğının fitilini çəkdilər elə bil.
“Mən kəşfiyyatçı deyiləm axı!” - Karta Sabir geri durmadı.
“Deyilsən, dilini farağat qoy!” - məntiqli cavab idi.
“Qırğı, sənə nə olub belə?” - Orucov söhbəti yumşaltmağa çalışdı.
“Komandir, görmürsünüz? Elə danışırlar, guya yuxarı postlardan baxıb qayıdırıq.”
Orucov qımışdı:
“Sabir müəllim, düz deyir? Sən də bizim əməliyyata inanmırsan?”
“Sən yaxşı oğlansan. Sənə inanıram. Amma bu uşaqlara yox!” - az qala çığırdı - “Hələ o “tın-tın” gədə var haaa, Səfərovdu, Səftərovdu-nədi? Erkək oğrusu!”
“Oğru deyil, insaf elə!”
“Oğrudan betərdi!”
Rəfiyev söhbətə qarışdı:
“Sabir müəllim, kolxozlar dağılır, kəndlərdə torpaq satıb kef eləyirlər, sən də o boyda işi-gücü qoyub gəlib burda boş-boş əməliyyat xəritələri çəkirsən.”
Karta Sabir əlindəki xətkeşi yuxarı qaldırdı:
“Mənim xətkeşim torpaq satmaq yox, torpaq almaq üçündür.”
“Xətkeşlə torpaq alırlar?” - Rəfiyev söylədi.
“Bə nəynən alırlar? Döyüşün taktikasını mənim kimi oğullar hazırlayır! Havayıdı bəyəm?”
Mübahisəyə son qoymaq üçün dilləndim:
“Uşaqlar, hazırlaşın, “Cabir postu”na mən də sizinlə qalxacam!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-1-kapitan-residov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:
Dördüncü hissə, 41. Kapitan RəşidovTənbəllik eləmədən Bakıdan Ağdama yola düşdüm. Orucovla görüşüb bir şeyi dəqiqləşdirmək istəyirdim; vəzifə onu korlayıb, yoxsa yox?Qarovuldan xəbər verən kimi qərargahın girişinəcən gəldi, uzaqdan qollarını açdı: “Rəis, xoş gəlmisən!”
Dördüncü hissə, 42. KomandirQara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...
Dördüncü hissə, 43. SevincOnu bu vəziyyətdə görəndə dəli oldum. Çox ağır günlər yaşamışdı, lakin bu qədər sarsıldığı olmamışdı. Üstü-başı qanın içindəydi.“Öz əlimlə yola saldım! Öz əlimlə! Dörd meyiti birdən qoydum maşına! Onları qoruya bilmədim!” - evdə vargəl edirdi.
Стихи других поэтов
Sənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
VarŞanlı vətənimin hər qarışında,Hər daş altda bir igidim, ərim var.