Qızıl dağlarındakı əməliyyatın belə tez və bu qədər uğurlu alınacağını gözləmirdim. Kiçik leytenant Orucov yenə xarüqə yaratmışdı.

Ermənilər hərbçilərin deyil, fəhlələri gətirən maşının minaya düşdüyü haqqında xəbər yaydılar. Özü də hadisə Kəlbəcər ərazisində deyil, Zod tərəfdə olubmuş. Yəni bizimkilər dövlət sərhədini pozaraq müharibədə guya iştirak etməyən Ermənistanın ərazisinə müdaxilə edib, dinc sakinləri öldürübmüşlər. Lakin biz kəşfiyyat məlumatlarına əsasən dəqiq bilirdik ki, fəhlələr ora saat 8-dən tez gəlmirlər. Hərbçilər onlardan əvvəl gəlib, yolu və qızıl mədənlərini qoruyan gözətçi məntəqələrini gecə növbəsindən təhvil alırlar.

Uğurlu Zod əməliyyatını bəhanə edib, çoxdan düşündüyüm arzumu, axır ki, həyata keçirdim; Orucovu özümlə Toğanada kirayə tutduğum evə apardım. Bütün əsgərlər kimi, Orucov da hərbi hissədə çətinlik görürdü. Onun Murova gələndən bəri doyunca yeyib-içib rahat bir yerdə dincəlmədiyinə adım kimi əmin idim. Əslində, bu çətinlik zabit heyətinə aid deyildi, onlar hamamlanmağa da, yeyib-içməyə də imkan tapırdılar. Orucovsa sıravi əsgər həyatı sürürdü. Onlarla birlikdə bölükdə yatır, yeməkxanada yemək yeyirdi. Səhra paltarını əynindən, batinkanı ayağından çıxarmırdı.

Dəvətimə etiraz elədi. Çox utancaq idi. Dedim, evdə söyləmişəm, sənin üçün süfrə hazırlayıblar. Əlacsız qalıb gəldi. Yolda ona evlənməyi məsləhət gördüm. Toğanada ev tutub qalar, daha rahat həyat sürərdi. Güldü. Bu barədə heç vaxt düşünmədiyini dedi.

Həyat yoldaşıma Orucov haqqında hər şeyi danışmışdım. Ona görə qonağımızı böyük həvəslə qarşıladı, yaxşı süfrə açdı, lakin bizimlə oturmadı. Nəsə lazım olanda içəri girib süfrəyə qoyur, tez də çıxıb o biri otağa gedirdi. O, bu qədər çəkingən qadın deyildi. Həmişə qonaq olanda bizimlə stolda oturur, söhbət edir, suallar verirdi. Bu dəfə nədənsə qonaq otağından qaçırdı. Bəlkə, ağrıyıb-eləyirdi. Axırıncı dəfə çay süzüb gedəndə Orucovdan üzr istəyib ardınca çıxdım, bizimlə bir yerdə oturmamağının səbəbini soruşdum, soyuq və ötkəm səslə dedi:

“O oğlanın gözlərindən qorxuram! Çox zəhmlidir.”

Qarşımdakı tilsimi qıran “Cəmilli əməliyyatı” Kapitan Rəşidovun sayəsində baş tutdu. Biz gedirdik, müşahidə edirdik, lazımlı məlumatlar əldə edib qayıdırdıq, hərdən yol, körpü, maşın partladırdıq, lakin bizə inanmayanlar vardı. Gərək əlində sübut olaydı! Ya girov, ya əşyayidəlil. Ləzgiylə getdiyim sonuncu əməliyyatdan polis “Niva”sının sirenini gətirmişdik. Hamı inandı! Əldə fakt vardı. İndi hərbi hissədəki tibb maşınının üstündədir. Hərdən vıyıltıyla sağa-sola keçəndə olub-bitənləri yadımıza salır.

Kiçik rütbəli zabitlər və əsgərlər kəşfiyyata əyləncə kimi baxırdılar. Düşmən arxasındakı hərbi hissənin yerini öyrən, xəritəsini çək, artilleriyanın yerləşmə nöqtəsini, istiqamətini müəyyənləşdir - onlar üçün maraqlı deyildi, nəinki adi bir əşya. Mən belə söhbətləri vecimə almırdım, lakin xidmət rəisi Kapitan Rəşidov alınırdı. Ona elə gəlirdi, zəhmətimiz hədər gedir.

Çox düşünüb-daşınandan sonra çıxış yolunu tapdı: “Cəmilli əməliyyatı”nı sübut kimi videokameraya çəkəcəkdik! Kameranı isə əsgərlərlə tez-tez görüşə gələn Kəlbəcərin icra başçısından istəyəcəkdik.

Əməliyyat planını hazırlamaq üçün rəisin yanına gedəndə “Sony” markalı videokameranı stolunun üstündə gördüm. Gözləri ilə işarə edib gülümsündü:

“Əvəzində kişiyə ordan vətən torpağı gətirərsən!”

Bu balaca kamerayla nə çəkəcəkdik? Dilini də bilmirdim. Rəis “Asandı, öyrədərəm” deyib əsas məsələyə keçdi.

Əks-kəşfiyyatdan aldığımız məlumata görə, Cəmilli kəndi ərazisində, Lev çayının sahilində hərbi hissə salınmışdı. Biz gedib bu məlumatı dəqiqləşdirməliydik. Çəkilişi də orda aparacaqdıq.

Rəis Karta Sabirin axşamdan hazırladığı əməliyyat xəritəsini stolun üstünə sərib necə hərəkət edəcəyimizi karandaşla göstərməyə başladı. Hər şey aydın idi, yalnız Lev çayının sol sahilindəki qara nöqtələrin mənası qaranlıq qalırdı. Barmağımı nöqtələrin üstünə qoyub rəisin üzünə baxdım:

“Bu nədir?”

Gözlərini qıydı:

“Heç nə! Karta Sabirin səliqəsizliyi!”

“Özbaşına niyə çəksin ki? Bəlkə nəsə bilir?”

“Sabir heç səhər nə yediyini bilmir.”

Xəritəyə uzun-uzadı diqqətlə baxdı və “Tak” deyib dikəldi:

“Sən bölüyə qalx, uşaqları seç, mən Sabiri götürüb gəlirəm.”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 42. Komandir

Qara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...

20181 мин
Dördüncü hissə, 43. Sevinc

Onu bu vəziyyətdə görəndə dəli oldum. Çox ağır günlər yaşamışdı, lakin bu qədər sarsıldığı olmamışdı. Üstü-başı qanın içindəydi.“Öz əlimlə yola saldım! Öz əlimlə! Dörd meyiti birdən qoydum maşına! Onları qoruya bilmədim!” - evdə vargəl edirdi.

20181 мин
Dördüncü hissə, 44. Komandir

Müharibə başlamışdı. Nəhayət, arzuladığım gün gəlmişdi. Ağdamın üstünə azadlıq yürüşümüz başlayacaqdı. Briqadanı hücuma hazır vəziyyətə gətirmişdim. Gecə silahsız pusquya düşüb şəhid olan istehkamçıların da qisasını alacaqdıq.Fəqət korpusdan başqa söz dedilər; atəşkəs bərpa olunmuşdu! Ardınca məni mərkəzə çağırdılar. Danışıqlarından belə anladım ki, yerimi dəyişmək istəyirlər. İstefa ərizəmi yazmalıydım.

20181 мин
Dördüncü hissə, 45. Mayor Poladov

İstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.

20181 мин

Стихи других поэтов