Doğru deyirdim. Adam öz torpağında nədən qorxmalıdır? Əlimizi-qolumuzu sallaya-sallaya taxıl zəmisinə yaxınlaşdıq. Artıq biçinçilər işə başlamışdı. Kövşən yerləri heyvanlarla dolub-daşırdı. İki-bir, üç-bir əsgərlər də gözə dəyirdi. Bizə tərəf heç baxmırdılar da! Zəminin yaxınlığındakı təpənin üstünə qalxdıq, uzanıb ətrafı müşahidə etdik. Arada növbəylə yatdıq. Oyanıb söhbətləşdik. Qırğı öz həyat hekayətini mənə danışdı. Laçında doğulub. Düşmən deyilən varlıqları ilk dəfə bizimkilər Xankəndidən Gorusa gedən yük maşınlarının qarşısını kəsəndə görüb. Laçının “Aşağı poçt”unda karvanın qabağını kəsib sürücüləri düşürüblər, döyüblər, ölümlə hədələyiblər.

Qırğı danışdıqca qızışırdı:

“Əmim yekəqarın sürücünün qulağından tutub Zabux dərəsini göstərdi. Dedi, baban Andronikin qulağını, bax, orda kəsmişik, bir də gəlsən, səni də onun gününə salacağıq. Sürücü qorxusundan ağladı. Laçınlı dostlarının adını çəkdi. Onda bir az kövrəldim. Yazığım gəldi ona.” - səsində qəhər sezilməyə başladı.

“Bəsdi görək! İndi ağlamaq tutacaq səni!” - güldüm ona.

“Yox eee... nə olur-olsun müharibə ədalətsizdir. Hər yerdə günahsızlar əziyyət çəkir.”

“Biz neyləyək? Müharibəni biz başlamamışıq ki!”

“Məhəllədən sakit, fağır bildiyim adamlar erməni görəndə özlərindən çıxmışdılar. Heç kimi tanımaq olmurdu. Hamının içində gizli bir nifrət, qəzəb varmış.”

“Onlar da eynisini edirdilər. Camaat durduğu yerdə qəzəblənməmişdi.”

“Elədir.”

Laçın alınanda Qırğının əmisi on iki nəfər kənd adamıyla mühasirəyə düşür. Həkərinin qırağıyla üzüaşağı neçə gün yol gəlib Qubadlıya çıxırlar. Yanlarında bir qız uşağı varmış. Qardaşı onun üçün xüsusi bir güllə saxlayırmış ki, əsir düşsələr, bacısını öldürsün.

“Əmim deyir, taqətimiz üzülmüşdü. Qubadlı postuna çatanda bilməyib bizimkilərdi, yoxsa ermənilər. Yanındakılara deyib, siz gizlənin, mən qabağa gedim, vəziyyəti öyrənim. Maykasını çıxarıb, ağ bayraq kimi başının üstündə yellədə-yellədə posta tərəf qaçır. Həm də “Allahu əkbər!” deyib qışqırırmış ki, bizimkilər olsa, tanısınlar. Əsgərlər eyni nida ilə cavab verəndə onu ağlamaq tutur.”

Baho! Qırğı indi ağlasa, necə kiridəcəkdim?

Zəmidə qırmızı paltarlı bir qadın gözə dəydi, söhbəti dəyişmək üçün onu Qırğıya göstərib dedim:

“Bax, qəşəng bir qadın var, sənin üçün apararıq!” “İstəmirəm!”

“Gop eləmə! İstəyərsən.”

“Mənə “boevik” lazımdı. O biçarəni neynirəm?!” “Qırğı, sən əsgərlikdən sonra şeir-zad yaz, içində incə-mincə bir müğənni var.”

“Musiqiyə getmişəm də, komandir!”

“Doğrudan? Hansına?”

“Qarmona!”

Gülmək tutdu məni:

“Əsədov, Seyid Lazım ağanın cəddi haqqı, bilsəm qarmonçalansan, səni buralara gətirməzdim. Gör harda deyirsən mənə. Düşmənin otuz kilometr dərinliyində!” “Elə demə, buralar da sənətkarlar oylağıdır.”

“Nə sənətkarı?”

“Aşıq Alı, Aşıq Ələsgər, Zodlu Abdulla... Alqayıt. O qədər var ki...”

“Şeir bilirsən onlardan.”

“Şeir işinə Ağsaqqal baxır.”

“Kəşfiyyat taqımının əməlli-başlı özfəaliyyət qrupu var. Bir dənə də müğənni tapsaq, iş tamamdır.”

“Axtararıq” - Əsədov bu kəlməni o qədər ciddi dedi ki, özümdən asılı olmadan çevrilib üzünə baxdım və çaşıb qaldım. O da mənim kimi söhbət edə-edə ətrafı gözdən qoymurdu. Dili qarmonçalan kimi danışsa da, gözlərindən əsl qırğı idi. Daşı dəlib keçən qorxmaz baxışlarını görəndə ona zarafatla dediyim sözlərə görə pis oldum.

Yarımçıq zəmidə kombayn işləyirdi. İşə gur saçlı, diribaş bir adam rəhbərlik edirdi. O, hamını, hətta əsgərləri də ora-bura buyurur, bəzən üstlərinə qışqırırdı. Əsgərlər onun tapşırığının dalınca qaça-qaça gedirdilər. Axşama yaxın hamı dağılışdı, gursaçlı kombaynı saxladıb sürücünün yanına qalxdı və biçinə davam etdilər. Bir az yer qalmışdı, yəqin, biçib qurtarmamış getməyəcəkdilər. Zəminin aşağısında qara “Qaz-53” dayanmışdı. Kabinəsində adam vardı.

Zəmiyə qaranlıqla birlikdə yendik. Ətrafa yalnız kombaynın yeknəsəq səslə pozduğu qorxunc sükut çökmüşdü. Gizir Səfərovla Qırğı kombaynın gözünə görünmədən maşına yaxınlaşmalıydılar. Onlar kombayn sahəni hərlənib o üzə çevriləndə hərəkətə keçəcək, maşının içindəki adamı zərərsizləşdirib əməliyyata başlayacaqdılar. Qorxunc sükutun vahiməsini özüm dağıtdım:

“Erkək, qorxmursan ki?!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 17. Sevinc

Bəzənib-düzənib işə gedirdim. Bloka çıxanda ikinci mərtəbədə yaşayan Səltənət xala məni evinə çağırdı. Oğlu tələbəm idi. Bir az zəif oxuduğu üçün mənimlə tez-tez görüşür, oğlu barədə suallar verir, daha yaxşı hazırlaşması üçün dəftər-kitab alırdı. Çoxdan tanıyırdım onu. Hələ tələbəlik illərindən dostlaşmışdıq. Ancaq evlərində olmamışdım.Qapıları yarıaçıq idi. Bir az aralayıb səslənmək istəyirdim ki, içəri otaqda qalın, yun papaq qoymuş gənc hərbçi gördüm. O, stol arxasında giriş qapısına tərəf oturmuşdu. Öz-özümə dedim, bu kimdir? Nə gündədir? Niyə isti otaqda papağını çıxarmır?

20181 мин
Dördüncü hissə, 18. Komandir

Hərbi hissəyə tələsirdim, Səltənət bibim daş atıb başını tutdu ki, bir az ayaq saxla, qızı sənə göstərəcəm. Oturub gözlədim. Qapının arasından qarayanız bir qız boylandı. Onu görən kimi anamı xatırladım. Gözlərində ağ işıq vardı. Tərəddüd etmədən razılığımı bildirdim. Bibim inanmadı. Sevindiyindən əli çalır, ayağı oynayırdı. Tez atamgili, o biri bibimi, qohumları muştuluqladı. Atamın gözləri yaşardı, Zabil sevindiyindən qışqırdı, bizdə qalan bibimisə ağlamaq tutdu.

20181 мин
Dördüncü hissə, 19. Sevinc

Hörmətli qonşum, məni, demək olar ki, hər gün, bəzən gündə bir neçə dəfə görən və hər dəfə də hal-xoş edən Səltənət xaladan məktub almışdım. Bu qədər rastlaşdığın insan sənə niyə məktub yazsın? Oxuyanda məsələdən hali oldum və evlərindəki papaqlı zabitin sirri açıldı. Hirsləndim. Məktubu cırıb atdım. Doğrudan da, gələn Səltənət xalanın qardaşı oğlu imiş. Və o, məni görməyə gəlibmiş!Sən demə, Səltənət xalanın mənimlə mehriban davranmasının səbəbi bu imiş. Məktubun məni hirsləndirən yerində elçi gəlmələri üçün razılığımı istəyirdi. Dəli oldum! Sevimli qonşumun altdan-altdan iş görməsi hislərimə toxunmuşdu. Ən çox da xəbərim olmadan məni çağırıb zabit qardaşı oğluna göstərməsi yer eləmişdi mənə. Hələ gör nə yazırdı: “Sevindim ki, xoşuna gəlmisən!” Hirsimdən dəli bir gülmək gəldi mənə. Minnəti olsun! Hələ sən get ona isti otaqda papaq çıxarmağı öyrət, sonra evləndirərsən. Acığımı məktubdan çıxdım deyə ürəyim soyudu və məsələni şişirtdiyimi anladım.

20181 мин
Dördüncü hissə, 20. Komandir

Gümüşü işığı itirmişdim. Ona görə imkan tapan kimi Sumqayıta o qızı görməyə gedirdim. Uzaqdan baxırdım. İzləyirdim. Qıza yaxınlaşmaq kəşfiyyata getməkdən çətinmiş. Utanırdım. Bir gün cəsarətimi toplayıb yaxınlaşdım. Həyəcandan az qaldım hərbi salam verəm. Yox-yox, özümü cəmlədim. Dedim, filankəsəm. Gözlərini süzdürüb baxdı. Bu, həm etiraz eləmək, həm də salamı almaq anlamına gəlirdi. Mən ikinci variantı qəbul edib irəli durdum. Gördüm, alınır. Amma nə deyəcəyimi bilmirdim. Başladım universitetdən, təhsildən, tələbəlikdən danışmağa. Söhbətimiz tutdu. Danışa-danışa məhəlləyəcən getdik. Ayrılanda gülümsündü. Dedi, indiyədək bu yolu piyada gəlməmişdim. Onun gülüşündən içimə bir işıq düşdü. Hiss elədim ki, axtardığım qadındır. Bu, sevgi deyildi. Mənim heç kimə bənzəməyən ömrümün əvvəldən yazılmış qaydalarından biriydi. Onunla evlənməliydim.Elçilər əliboş qayıtdı.

20181 мин

Стихи других поэтов