Dördüncü hissə, 19. Sevinc
Hörmətli qonşum, məni, demək olar ki, hər gün, bəzən gündə bir neçə dəfə görən və hər dəfə də hal-xoş edən Səltənət xaladan məktub almışdım. Bu qədər rastlaşdığın insan sənə niyə məktub yazsın? Oxuyanda məsələdən hali oldum və evlərindəki papaqlı zabitin sirri açıldı. Hirsləndim. Məktubu cırıb atdım. Doğrudan da, gələn Səltənət xalanın qardaşı oğlu imiş. Və o, məni görməyə gəlibmiş!
Sən demə, Səltənət xalanın mənimlə mehriban davranmasının səbəbi bu imiş. Məktubun məni hirsləndirən yerində elçi gəlmələri üçün razılığımı istəyirdi. Dəli oldum! Sevimli qonşumun altdan-altdan iş görməsi hislərimə toxunmuşdu. Ən çox da xəbərim olmadan məni çağırıb zabit qardaşı oğluna göstərməsi yer eləmişdi mənə. Hələ gör nə yazırdı: “Sevindim ki, xoşuna gəlmisən!” Hirsimdən dəli bir gülmək gəldi mənə. Minnəti olsun! Hələ sən get ona isti otaqda papaq çıxarmağı öyrət, sonra evləndirərsən. Acığımı məktubdan çıxdım deyə ürəyim soyudu və məsələni şişirtdiyimi anladım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-19-sevinc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecə Yeddiqardaş dağının bizə ən yaxın zirvəsində gümüşü işığı gördüm. Ətrafa nur çiləyən o işıqdan bir topa da mənim içimə düşmüş, varlığımı nura bələmişdi. Kövrək bir xoşbəxtlik duyğusunun içində itib-batmışdım. Səadət dənizində xəyal kimi üzürdüm. Bu dəqiqə yaxınlıqdakı yamacın tinindən atılıb qollarımı çalsam, qartal kimi havalanaram. Gümüşü işıq yanına çəkər məni. Ona qarışıb əriyərəm, həm itirdiklərimə, həm arzuladıqlarıma qovuşaram.Ölüm gümüşü işığa qovuşmaqdırsa, buna hazıram və ondan zərrəcə qorxmuram. Bir gün ölümlə qarşılaşsam, onun üstünə gülümsünərək gedəcəm. Ölümü yanımdakı “flyaqa” kimi hiss edirəm. O, həmişə mənimlədir.
Üçüncü hissə, 5. QırğıYenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.
Üçüncü hissə, 6. KomandirƏslində, axırıncı postdan xeyli müşahidə aparmışdım. Haradan gedəcəyimizi dəqiqləşdirib Mazanovla müzakirə də etmişdim. Təmas xəttindən mümkün qədər uzaqlaşmalıydıq ki, əməliyyatı ağlagəlməz yerdə rahat həyata keçirək.Gün çıxmamış Mazanovla Hüseynovun hərəsini bir istiqamətə göndərdim. Mümkün qədər ehtiyatlı olmalıydılar. Fərq edilsək, planımız pozulardı. Qayıdıb gələndə Mazanov bunları söylədi:
Üçüncü hissə, 7. Gizir SəfərovGöyçə gölünə tərəf uzanan dərə boyu addımladıqca xəyalımdan qəribə şeylər keçirdi. Məsələn, düşünürdüm ki, müharibə, doğrudan da, ədalətsiz şeydir; biz niyə erməni verib özümüzünkünü ala bilirik, özümüzünkünü verib, erməni ala bilmirik? Əgər buna icazə olsa, Əsgər İrəfiyevi babat bir dığaya dəyişərdik, aparıb verərdik “kambriq”ə. İrəfiyevin də qohum-əqrəbasına deyərdik, gecə yol gələndə ayağı sürüşdü, qəhrəmanlıqla qayadan uçdu! Vəssalam! Allah o dünyasını versin! Öz düşündüyümə özüm şaqqanaq çəkib güləcəkdim az qala. Baxdım, komandir yaxında olsa, təklifimi ona çatdırıb kefini açardım. Heyif, qaranlıqda anışdıra bilmədim.Qumsal dərə uzaqdan elə yığcam görünürdü, deyirdim, yarım saata gedib o başına çıxacağıq. Bayaqdan addımlayırdıq, bitmək bilmirdi. Elə narahat yerlərlə gedirdik ki, ayaqlarımız batinkanın içində bəlkə onuncu dəfə soğan kimi soyulurdu. Arada qıçım burxuldu, oynaqlarım xırçıldadı. Kəlbəcərdən gələndə burnumaqulağıma dolan soyuq su başımın içində hələ də uğuldayırdı. Üzümün sol yanı keyimişdi. Həm xəfif-xəfif ağrıyır, həm də danışanda “tın-tın”layırdım. Nəfəs almağım çətinləşmişdi.
Стихи других поэтов
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
ŞairlərŞairə heykəllər qoyulan zaman,Deyirlər, ona bax, nə bəxtəvərmiş.