Yenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”

Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.

Əyri yamacdan nəhəng su şırnağı ilə asta-asta dərəyə yenib başqa bir sel yoluyla yuxarı qalxdıq. Xeyli irəliləyib, bir daşlıqda dayandıq. Xəritəmiz yox idi. Planlaşdırılmamış “səfər”ə çıxmışdıq. Səhər açılmışdı. Daşlıqda özümüzə rahat yer seçib axşamacan müşahidə aparacaqdıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 14. Komandir

Yayın son günlərini yaşasaq da, dağlar, meşələr saralmamışdı. Zod tərəfə uzanan ovsunlu mənzərəyə baxdıqca kəşfiyyatda olduğumu unudub səsimi qaldırmaq, bir-iki ağız oxumaq istəyirdim. Heyif buralardan! Gözəl vətənimiz vardı, yiyəsi olmadı.Dağılmış evlərin arasında bir qaraltı eşələnirdi. Adama da oxşayırdı, heyvana da. Qırğının durbinə sarıldığını görüb qaraltını müşahidə etdiyini düşündüm. Balaca bir daş atıb onu yanıma çağırdım və astadan soruşdum:

20182 мин
İkinci hissə, 15. Gizir Səfərov

Boynuma alıram ki, Lev çayının sahillərini, Seyidlər, Dəmirçidam, Susuzluq zonasını bizim Ağsaqqaldan yaxşı tanıyan yoxdur. O, Kəlbəcərin Seyidlər kəndindəndir. Dağda-daşda kərtənkələ kimi hərəkət edir. Harda görünüb, harda itir, bəlli deyil. Mazanovdan heç biz özümüz baş açmırıq, o da ki, erməni ola. Hərdən “suiti” deyirəm ona. Açıq ərazidə, daşın-qayanın, meşənin, otun olmadığı yerdə elə bil torpağa kəllə vurur, yoxa çıxır, gözlənilməyən yerdən təzədən pırtlayır.Dəmirçidama doğru hərəkət planını hazırlayanda komandir “mişen” getməyi Ağsaqqala həvalə etdi. Üçbucağın oturacaq nöqtələrində Qırğıyla mən olmalıykən özüylə məni seçdi. Qırğını ümumi nəzarət üçün ən arxada gələn qrupa saldı. Fürsət tapıb etiraz elədim:

20183 мин
İkinci hissə, 16. Komandir

Səhərəcən nəfəs dərmədən yol getdik. Sağ olsun Mazanovu, gizli cığırları yaxşı tanıyırdı. Dəmirçidama qədər bir dəfə də yerinə düşməyən hərəkət eləmədi. Biz bu gedişlə Sərsəngə qədər gedərdik, heç kimə görünməzdik.Mazanovun yerişinə həmişə gizli-gizli göz qoyurdum. Qədəmlərini torpağa astaca basır, otları əzmir, palçığa iz salmırdı. Çəkisi yox idi elə bil. Bəlkə heç minaya-zada da düşməzdi. Ən qəribəsi - bunu özündən asılı olmadan edirdi. Təbiətən bu cür idi. Keçi qayalıqda necə yeriyir, qatır çınqıllığa necə qalxır, Mazanov da elə. Təngnəfəs də olmurdu.

20181 мин
İkinci hissə, 17. Qırğı

İndiyədək belə gecə yürüşü görməmişdim. Çox rahat gəldik. Bir az yemək yeyib dincələndən sonra “dozor” nəfəri kimi önə çıxdım. Hər tərəf zil qaranlıq idi. Çox da uzağa getməyib gecənin dərinliklərində səs-səmir axtardım. Təxminən, beş yüz addımlığımda it hürdü.Səhər açılan kimi komandir məni və Əsgər Hüseynovu yanına çağırdı. Hamı kimi, Əsgər Hüseynovun da ləqəbi vardı: Maral. Onun yerişi-duruşu, baxışı marala bənzəyirdi. Qeydi-adi eşitmə qabiliyyəti vardı. Komandir deyirdi, bunun başının üstündə görünməyən antenalar var; bu maralın buynuzları məftildəndir! Gülürdük.

20181 мин

Стихи других поэтов