Üçüncü hissə, 4. Komandir
Gecə Yeddiqardaş dağının bizə ən yaxın zirvəsində gümüşü işığı gördüm. Ətrafa nur çiləyən o işıqdan bir topa da mənim içimə düşmüş, varlığımı nura bələmişdi. Kövrək bir xoşbəxtlik duyğusunun içində itib-batmışdım. Səadət dənizində xəyal kimi üzürdüm. Bu dəqiqə yaxınlıqdakı yamacın tinindən atılıb qollarımı çalsam, qartal kimi havalanaram. Gümüşü işıq yanına çəkər məni. Ona qarışıb əriyərəm, həm itirdiklərimə, həm arzuladıqlarıma qovuşaram.
Ölüm gümüşü işığa qovuşmaqdırsa, buna hazıram və ondan zərrəcə qorxmuram. Bir gün ölümlə qarşılaşsam, onun üstünə gülümsünərək gedəcəm. Ölümü yanımdakı “flyaqa” kimi hiss edirəm. O, həmişə mənimlədir.
O adamlar ölümdən qorxur ki, onun heç bir işığı yoxdur. Bax, postdan mənə səslənən bu qırışmal əsgər kimi: “Komandir, siqaretiniz var?”
Gümüşü işıq onun səsindəki yadlıqdan, yabançılıqdan ürküb, qaranlığa qarışır. Çönüb qəzəblə əsgərə baxıram: “Siqaret çəksən, düşmənə görünə bilərsən!”
“Burda atəş açmırlar.”
“Bəlkə açdılar.”
Tutulur.
“Təəssüf ki, siqaretim yoxdur.”
“Siz hara baxırdınız, komandir? Orda kimsə var?” “Yeddiqardaşda işıq yanırdı, görmədin?”
“Yox.”
“Diqqətlə baxdın?”
“Baxdım. İşıq-zad yox idi.”
“Vardı. Yaxşı baxmamısan.”
Əsgər onunla zarafatlaşdığımı düşünüb gülümsünür, mənsə işığın görünüb itdiyi yerə baxıram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ucuncu-hisse-4-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Canavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:
Üçüncü hissə, 3. Gizir Səfərov“Ermənistan” sözünü eşidəndə təəccüb elədim. Bu qədər kəşfiyyatda olmuşdum, bizə heç vaxt dövlət sərhədini keçmək icazəsi verilməmişdi, indi taqım komandiri özbaşına keçirdi. Keçirdi və bizi də özüylə aparırdı. Məncə, doğru addım deyildi. Kəşfiyyata çıxanda atəşkəsi pozmamağı dönə-dönə tapşıran komandirlər bu addımımıza nə deyəcəkdilər? Narahat idim. Məsləhətləşməyə ehtiyac vardı. Bəlkə də, komandir qərargahla məsləhətləşmişdi, sadəcə, Qırğıya öz fikri kimi söyləyirdi.Qrup üzvləri yuxudan qalxan kimi komandir bizi postun qabağında cərgəyə düzüb gəzinə-gəzinə danışmağa başladı:
Üçüncü hissə, 5. QırğıYenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.
Üçüncü hissə, 6. KomandirƏslində, axırıncı postdan xeyli müşahidə aparmışdım. Haradan gedəcəyimizi dəqiqləşdirib Mazanovla müzakirə də etmişdim. Təmas xəttindən mümkün qədər uzaqlaşmalıydıq ki, əməliyyatı ağlagəlməz yerdə rahat həyata keçirək.Gün çıxmamış Mazanovla Hüseynovun hərəsini bir istiqamətə göndərdim. Mümkün qədər ehtiyatlı olmalıydılar. Fərq edilsək, planımız pozulardı. Qayıdıb gələndə Mazanov bunları söylədi: