Sitəmkarsan, sən sinəmə,Yara pünhandan vurursan.Gahdan aşkar - aləm görür,Ara pünhandan vurursan.

Kəskindi - müjganın almaz,Ox vurar - yara sağalmaz.Zülfün əqrəb, əfsun almaz,Mara, pünhandan vurursan.

Qəmdən boynum bükdürürsən,Didəm yaşın tökdürürsən.Zülmkarsan - çəkdirirsən,Dara, pünhandan vurursan.

Daş ürəkli, a qəlbi təng,Axır qanım irəng-irəng.Kamil ovçu, süzən tüfəng,Vura, pünhandan vurursan.

Qurban qurbandı qaşlara,Yanındakı yoldaşlara.Yaxdın canım ataşlara,Nara pünhandan vurursan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов