Göyçə gölünə tərəf uzanan dərə boyu addımladıqca xəyalımdan qəribə şeylər keçirdi. Məsələn, düşünürdüm ki, müharibə, doğrudan da, ədalətsiz şeydir; biz niyə erməni verib özümüzünkünü ala bilirik, özümüzünkünü verib, erməni ala bilmirik? Əgər buna icazə olsa, Əsgər İrəfiyevi babat bir dığaya dəyişərdik, aparıb verərdik “kambriq”ə. İrəfiyevin də qohum-əqrəbasına deyərdik, gecə yol gələndə ayağı sürüşdü, qəhrəmanlıqla qayadan uçdu! Vəssalam! Allah o dünyasını versin! Öz düşündüyümə özüm şaqqanaq çəkib güləcəkdim az qala. Baxdım, komandir yaxında olsa, təklifimi ona çatdırıb kefini açardım. Heyif, qaranlıqda anışdıra bilmədim.

Qumsal dərə uzaqdan elə yığcam görünürdü, deyirdim, yarım saata gedib o başına çıxacağıq. Bayaqdan addımlayırdıq, bitmək bilmirdi. Elə narahat yerlərlə gedirdik ki, ayaqlarımız batinkanın içində bəlkə onuncu dəfə soğan kimi soyulurdu. Arada qıçım burxuldu, oynaqlarım xırçıldadı. Kəlbəcərdən gələndə burnumaqulağıma dolan soyuq su başımın içində hələ də uğuldayırdı. Üzümün sol yanı keyimişdi. Həm xəfif-xəfif ağrıyır, həm də danışanda “tın-tın”layırdım. Nəfəs almağım çətinləşmişdi.

Dərənin bir ortasında dayanmaq əmri verildi və Maralın səsi eşidildi:

“Tank!”

“Hardadır?” - komandir soruşdu.

“Səs sol tərəfdən gəlir.”

“Bizi gözləyin!”

Komandirlə Maral dərənin sol yamacına qalxdılar. Bizsə “dozor” nəfəri kimi irəliləyən Ağsaqqalı saxlamaq üçün Qırğını qabağa göndərdik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 40. Komandir

Aləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:

20181 мин
Dördüncü hissə, 41. Kapitan Rəşidov

Tənbəllik eləmədən Bakıdan Ağdama yola düşdüm. Orucovla görüşüb bir şeyi dəqiqləşdirmək istəyirdim; vəzifə onu korlayıb, yoxsa yox?Qarovuldan xəbər verən kimi qərargahın girişinəcən gəldi, uzaqdan qollarını açdı: “Rəis, xoş gəlmisən!”

20181 мин
Dördüncü hissə, 42. Komandir

Qara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...

20181 мин
Dördüncü hissə, 43. Sevinc

Onu bu vəziyyətdə görəndə dəli oldum. Çox ağır günlər yaşamışdı, lakin bu qədər sarsıldığı olmamışdı. Üstü-başı qanın içindəydi.“Öz əlimlə yola saldım! Öz əlimlə! Dörd meyiti birdən qoydum maşına! Onları qoruya bilmədim!” - evdə vargəl edirdi.

20181 мин

Стихи других поэтов