Gümüşü işığı itirmişdim. Ona görə imkan tapan kimi Sumqayıta o qızı görməyə gedirdim. Uzaqdan baxırdım. İzləyirdim. Qıza yaxınlaşmaq kəşfiyyata getməkdən çətinmiş. Utanırdım. Bir gün cəsarətimi toplayıb yaxınlaşdım. Həyəcandan az qaldım hərbi salam verəm. Yox-yox, özümü cəmlədim. Dedim, filankəsəm. Gözlərini süzdürüb baxdı. Bu, həm etiraz eləmək, həm də salamı almaq anlamına gəlirdi. Mən ikinci variantı qəbul edib irəli durdum. Gördüm, alınır. Amma nə deyəcəyimi bilmirdim. Başladım universitetdən, təhsildən, tələbəlikdən danışmağa. Söhbətimiz tutdu. Danışa-danışa məhəlləyəcən getdik. Ayrılanda gülümsündü. Dedi, indiyədək bu yolu piyada gəlməmişdim. Onun gülüşündən içimə bir işıq düşdü. Hiss elədim ki, axtardığım qadındır. Bu, sevgi deyildi. Mənim heç kimə bənzəməyən ömrümün əvvəldən yazılmış qaydalarından biriydi. Onunla evlənməliydim.

Elçilər əliboş qayıtdı.

Deyilənə görə, atası qəliz adam idi.

Mən hərbçi olduğum üçün tərəddüd etdiklərini düşünürdüm.

Özüm onunla açıq danışmışdım. Demişdim, razı olsan, evlənərik. Ancaq kim olduğumu bəri başdan nəzərə almalısan. Həyatımız hamı kimi olmayacaq. Sənə nəsə vəd verib, yanında yalançı çıxmaq istəmirəm. Dərindən düşün, götür-qoy elə, fikrini bizimkilərə bildir.

Uzun çək-çevirdən sonra razılıq aldıq. Nişanımız oldu. Evlənmək xeyli gülməliydi. Qardaşım zorla mağazaya aparıb təzə paltar aldırdı. Nişanlımla görüşə gedəcəkdim. Kostyum və köynəkdə özümü çılpaq hiss edirdim. Həm də geyinmək qaydasını bilmirdim. Köynəyin boynundakı kağızı çıxarmadan əynimə keçirib görüşə getmişdim. Üstünü vurmadı, amma evlənəndən sonra başıma qaxdı. Dedi, o nə idi elə? Dedim, vallah, köynəkdə karton olduğunu ilk dəfə onda gördüm. Elə köynək geyinməmişdim. O - 91, bu - 99. Harda görəcəkdim? Hərbi formanı əynimdən çıxartdım ki!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 11. Qırğı

Kəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.

20181 мин
İkinci hissə, 12. Komandir

Təmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.

20183 мин
İkinci hissə, 13. Gizir Səfərov

Xəritədə göstərilən qalın meşəni yaxşı tanıyırdım. Karta Sabir onu bir az aralıda qeyd eləmişdi. Komandirə vəziyyəti deyib, mənə qulaq asmasını xahiş etdim. Meşənin yaxınlığında balaca yaşayış məntəqəsi vardı. Hava işıqlananda orda kimisə görə bilərdik. Komandir məsləhətimə qulaq asdı və mən deyən istiqamətə hərəkətə başladıq. “Dozor” nəfəri özüm idim. Qayalıqdan çəmənliyə yenəndə ayaqlarım bayram elədi. Mən insan əzalarının sevindiyini ilk dəfə onda gördüm.Düz bir saatın tamamında meşəyə çatdıq. Elə yorulmuşdum ki, ağacların sıx yerində “mən söndüm” deyib kəlləni atdım. İldə bir neçə dəfə, xüsusən fəsillər dəyişən vaxt məni belə dəhşətli yuxu tutur.

20181 мин
İkinci hissə, 14. Komandir

Yayın son günlərini yaşasaq da, dağlar, meşələr saralmamışdı. Zod tərəfə uzanan ovsunlu mənzərəyə baxdıqca kəşfiyyatda olduğumu unudub səsimi qaldırmaq, bir-iki ağız oxumaq istəyirdim. Heyif buralardan! Gözəl vətənimiz vardı, yiyəsi olmadı.Dağılmış evlərin arasında bir qaraltı eşələnirdi. Adama da oxşayırdı, heyvana da. Qırğının durbinə sarıldığını görüb qaraltını müşahidə etdiyini düşündüm. Balaca bir daş atıb onu yanıma çağırdım və astadan soruşdum:

20182 мин

Стихи других поэтов