O vaxt onu tanımırdım. Səhər tezdən ön xətdən növbəni dəyişib qayıdırdıq, gördük yolun qırağında göygöz, sarıyanız bir əsgər var, yanında da bir meyit. Maşına əl elədi. Saxladıq. Köməkləşib meyiti kuzaya qaldırdıq. Soruşdum, kimsən, hardan gəlirsən, atışma gedən yerdən aralı, yiyəsiz düzəngahın ortasında bu əsgəri kim öldürüb? Əməlli bir cavab vermədi. Kuzada oturub kürəyini “bort”a söykədi və anındaca mürgülədi. Bizim uşaqlardan biri “Bu, rusa oxşayır” deyib onu silkələdi:

“Ey, sluşi, kimsən?”

Cavab vermək bir yana, heç gözlərini də açmadı.

“Ey! Cavab ver! Vı russkiy?”

“Məzələnmə!” - yerində qurcalandı və təkrar mürgülədi.

Paltarı qurşağacan islanmışdı. Yerdə o qədər sürünmüşdü ki, palçığa batmış dizlərində daş-kəsəyin izi qalmışdı. Sifətində qəzəb və yorğunluq vardı. Avtomatının lüləsi qurum bağlamışdı. Silahı da toz-torpağa batmışdı. Elə bil onu əvvəl çaya atmış, sonra tozun içində yomalamışdılar.

Uşaqlara dedim, qoyun nəfəsini dərsin, qərargahda hər şeyi təfsilatı ilə soruşacam. Ancaq qismət olmadı. Biz çatan kimi həyəcan siqnalı verdilər. Hamımız maşınlara doluşub Ergi tərəfə getdik. Meyit gətirən göygöz oğlanı orda itirdim və bir də iyirmi ildən sonra gördüm. Ancaq kim olduğunu tezliklə öyrəndim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 2. Komandir

İlk kəşfiyyat əməliyyatına da briqada komandiri Polkovnik Nəbiyevin tapşırığı ilə getmişdim. Onda mənimlə şəxsən görüşməmişdi, əmri xidmət rəisi Kapitan Rəşidovdan almışdım. Uşaqları rəisin məsləhəti ilə seçdim. Qırğı da yeni gəlmişdi. Onun gözlərindəki parıltı diqqətimi çəkdi, həvəsli olduğunu görüb əməliyyata yazdım.Tapşırıq belə idi: Kəlbəcərin Yanşaq kəndinə gedib müşahidə aparmalıydıq. Aldığımız məlumata görə, ora ağır artilleriya və texnika gətirilirdi.

20185 мин
İkinci hissə, 3. Qırğı

Komandirin qayaya sarı getdiyini görəndə, elə bildim, meşədən hücum var, təhlükəni bizdən yayndırmaq üçün istiqaməti dəyişir. Sonra düşündüm ki, yox, qorxusundan qayalıqda gizlənməyə qaçır. Başını səs dinləyirmiş kimi azca qaldıranda hər iki qənaətimin yanlış olduğunu anladım. Mən heç nə eşitməsəm də, komandirin bir səs aldığını hiss edirdim. Onun nə etdiyini özüm üçün tam aydınlaşdırmamış yerimdən tərpənə bilməzdim. Gözlədim. Mənim vəzifəm qrupun yeganə durbini ilə ətrafı izləmək, komandirin təhlükəsiz hərəkətinə şərait yaratmaq idi.Qayanın yanından iri addımlarla meşəyə tərəf gedəndə qalxıb ardınca düşmək istədim, lakin yenə özümü saxladım. Bütün qrup ardımca gələcəkdi. Meşədə düşmən vardısa, mühasirəyə düşərdik.

20181 мин
İkinci hissə, 4. Komandir

“Kaş” söylədim söyləməyinə, lakin biz istəyən olmadı. Arxasından qara tüstü verən “UAZ” nərildəyə-nərildəyə dağı o üzə aşdı. Maşının belə əziyyətlə hərəkət etməsi düşmənin zəifliyinin əlaməti kimi içimdə rahatlıq yaratdı.Biz geniş dərə boyu iki saata yaxın müşahidə aparıb meşənin ortasında qərar tutmuş yoldaşların yanına qayıtdıq. Axşamacan dincəldik, qaranlıq düşəndə hərəkətə başladıq. Gecə “UAZ”-ın dırmaşdığı dağı aşıb Yanşaq tərəfə sallandıq. Sərt uçurumla irəliləyib çəmənliyə çıxdıq. Qaranlıq hələ çəkilmədiyinə görə çəmənliyi birlikdə adladıq. Yanşağın yaxınlığındakı meşədə yerləşib səhərin açılmasını gözlədik.

20183 мин
İkinci hissə, 5. Polkovnik Nəbiyev

“Dil” gətirmək əmri verməmişdim, lakin bizim kəşfiyyatçılar bilirdilər ki, erməni əsirliyində çoxlu adamlarımız var, hər gətirilən girov onların bir neçəsinin azad olunması deməkdir.Orucov ilk əməliyyatından böyük uğurla qayıtmışdı. Bütün tapşırıqları ən incə detallarınacan yeri-nə yetirməklə qalmayıb girov da gətirmişdi. Biz kəşfiyyatçılarımızın müşahidə ilə əldə etdiyindən əlavə girov gətirilən həmin əsgərdən də çox qiymətli məlumatlar aldıq, sonra üç nəfər mülki şəxslə dəyişdik.

20181 мин

Стихи других поэтов