Komandirin qayaya sarı getdiyini görəndə, elə bildim, meşədən hücum var, təhlükəni bizdən yayndırmaq üçün istiqaməti dəyişir. Sonra düşündüm ki, yox, qorxusundan qayalıqda gizlənməyə qaçır. Başını səs dinləyirmiş kimi azca qaldıranda hər iki qənaətimin yanlış olduğunu anladım. Mən heç nə eşitməsəm də, komandirin bir səs aldığını hiss edirdim. Onun nə etdiyini özüm üçün tam aydınlaşdırmamış yerimdən tərpənə bilməzdim. Gözlədim. Mənim vəzifəm qrupun yeganə durbini ilə ətrafı izləmək, komandirin təhlükəsiz hərəkətinə şərait yaratmaq idi.

Qayanın yanından iri addımlarla meşəyə tərəf gedəndə qalxıb ardınca düşmək istədim, lakin yenə özümü saxladım. Bütün qrup ardımca gələcəkdi. Meşədə düşmən vardısa, mühasirəyə düşərdik.

Komandir meşəni yoxlayıb mənə “gəl” işarəsini verdi. Getdim. Ağacların ən sıx yerində “UAZ” səsi eşitdim. Dərəni başına götürmüşdü. Səsə tərəf qaçdım. Komandir meşənin qurtaracağında ağaca söykənib dağın döşüylə qalxan maşına baxırdı. Durbini məndən alıb yenə baxdı və maşının nömrəsini söylədi. Nömrəni kəşfiyyat dəftərçəsinə yaza-yaza astadan dedim:

“Kaş batıb qala, gedib hamısını əsir götürək!”

“Kaş!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 21. Qırğı

O gecə səhərəcən yumurtası tərs gələn toyuq kimi döyükdüm. Bütün qrup həyəcan içindəydi. Gizir Səfərovun ürəyi partlayırdı. Bir neçə dəfə özündən çıxıb komandirin ardınca getmək istədi, tutub-saxladıq. Axırı ona sakitləşdirici dərman verməli olduq, lakin dərman onun həyəcanını daha da artırdı. İki nəfər qolundan sallaşmışdı. Arada ağzını da tuturdular ki, söyüş söyəndə səsi eşidilməsin.Gecə boyu Maralı müşahidə nöqtəsində saxladıq. İtlər hürüşdükcə nəfəsi titrəyirdi. Bəzən həyəcandan tıncıxır, danışa bilmirdi. İtlərin hər hürüşməsinə bir dəfə sevinir, bir dəfə həyəcanlanırdıq. İt hürürdüsə, demək, komandir sağ idi, eyni zamanda, hər hürüşmənin ardınca onun görülmə ehtimalı artırdı.

20182 мин
İkinci hissə, 22. Komandir

Hava ağarmamış geriyə - Zod tərəfə hərəkət etməliydik. Kəlbəcərin qızıl mədənlərində 24 saat qızğın iş gedirdi. Dağları nəhəng həşərat kimi gəmirib yeyirdilər. Zodun dəmir yoluna yük maşınları işləyirdi. Mühafizə güclü olsa da, ordan girov götürmək burdan asan olardı. Hərbçilər yol boyu bütün yük maşınları ilə birlikdə hərəkət etmirdilər. Orda o qədər müşahidə aparmışdım ki, az qala hansı saatda hansı maşının, hansı avtobusun gəldiyini bilirdim. Qızıl mədənlərinin relyefi pusqu qurmağa əlverişli idi. Vəziyyəti Mazanova qısa izah edib onu yenə “mişen” təyin etdim və hərəkətə başladıq.Yorğun dəvələr üst-başının toz-torpağını tökə-tökə ayağa qalxdılar və ağır-ağır addımladılar. Zoda tərəf hərəkət zamanı Mazanovu sağ-salamat qayıtmağıma sevinib quş kimi qanadlanan Gizir Səfərov və Əsgər Hüseynov müşayiət edirdilər.

20181 мин
İkinci hissə, 23. Gizir Səfərov

Mən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.

20181 мин
İkinci hissə, 24. Komandir

Suyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:“Kaş duz olaydı!”

20182 мин

Стихи других поэтов