İkinci hissə, 23. Gizir Səfərov
Mən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.
Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.
Ağsaqqal bizi meşəlik adıyla çox sarsaq bir yerə - qayalığa və kolluğa gətirmişdi. Günəş hərlənib kolların arasından üzümə vururdu. Deyəsən, yatandan sonra məni başqa yerə sürümüşdülər. Altımda qalan xırda daşlar qabırğamı əzirdi.
Uşaqlar iki-bir, üç-bir kolların dibinə sərilib yatışmışdılar. Bir ayağını qatlayıb dikəldən, o birini dümdüz uzadan İrəfiyevin paltarı yuxarı dartılmışdı. Ağsaqqal daşa söykənib dimdik qalmışdı. Ağzının yanından su axırdı.
Kəşfiyyatın üçüncü günü komandiri ilk dəfə oturan görürdüm. Onun çiyinlərindən yorğunluq tökülürdü.
“Yatmadınız, komandır?”
Çönüb üzümə baxanda güldü, gözlərinin ətrafı qırışıb ona doğma bir sima bəxş elədi:
“Necəsən, Erkək?”
“Yaxşıyam. Siz, deyəsən, heç yatmırsınız.”
“Komandiriniz ayaq üstə yatır, belə olmasaydı, sizi üç gün avara qoymazdı.”
“Əlinizdən gələndən artıq elədiniz. Bəzən mümkün olmur.”
“Mümkün olmayan şey yoxdur! Özünə təskinlik vermə. Onlar bu qədər ərazini tuta bilir, biz bir əsgər apara bilmirik?”
Başımı aşağı salıb susdum. İkimiz də haqlı idik.
“Geri qayıtmalıyıq. Yeməyimiz də qurtarır” - Ağsaqqal yuxudan oyanmamış danışırdı.
“Geri qayıdırıq, sadəcə yolüstü Zod tərəfdən keçəcəyik” - komandir Ağsaqqalın üzünə baxmadan söylədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ikinci-hisse-23-gizir-seferov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Getdiyimiz yüksəklik Murovun sərt qayalarının tədricən əriyib düzənliyə doğru uzanan şərq yamaclarındaydı. İlk baxanda dağlardan ötrü darıxdığımı anladım və gözüm yenə gümüşü işığı axtardı. İndi o işığı təkcə mən yox, hamı hiss edirdi və hamı ona doğru can atırdı. Biz bir dəstə qartal o işığa şığıyırdıq. Qabaqda özüm gedirdim. Çünki bu dağları da, o işığı da məndən yaxşı tanıyan yox idi. Bombardman, dolu kimi yağan güllələr, səs-küy, od-alov, tüstü-his, toz-duman - heç nə bizə mane olmurdu. Hamı mənim kimi vətənin ən böyük sirrindən agah olmuşdu.
Dördüncü hissə, 51. ZabilAtamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.
Dördüncü hissə, 52. Komandirİki gecəydi yatmırdım. Telefonu açmağa da vaxt tapmırdım. Nə qədər yorğun olsam da, içim-içimə sığmırdı. Biz düşmənin əfsanəyə çevirdiyi “Ohanyan səddi”ni darmadağın eləmişdik. İlk və ən əhəmiyyətli yüksəkliyi almaq üçün mən xüsusi təyinatlılardan seçilmiş dəstə ilə düşmənin arxasına keçmişdim. Bizə müqavimət göstərdikləri vaxt əsgərlərimiz yüksəkliyi götürmüşdü. Tezliklə düşmənin dərinliyinə yeriyib mühasirəni yardılar, biz döyüşə-döyüşə azad edilmiş yüksəkliyə qayıtdıq.Döyüşün dördüncü günü, axşama yaxın imkan tapıb telefonu açdım. Sevinc düz on yeddi dəfə zəng vurmuşdu. Geri yığdım. Top səsi danışmağa imkan vermədi. Blindaja girib təkrar yığdım. Danışdıq.
Dördüncü hissə, 53. SevincOnunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:
Стихи других поэтов
Əqlim olursa mane bu eşqi-purhicabə,Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.
حمامی را بگو گرت هست صوابامشب تو بخسب و تون گرمابه متاب
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Gel imdi ışkı gözet kalma nâm u renge begümGel imdi ışkı gözet kalma nâm u renge begümGönül şîşesine bah katlana mı senge begüm