Birinci hissə, 13. Komandir
Kolanı dərəsinə bir də anamın üçündən sonra qayıtdım. Artıq Qənbərli də işğal olunmuşdu. Xaçının sahili təhlükəli olsa da, əsgərə verdiyim sözü tutmalıydım.
Qoyub getdiyim kimiydi. Üstünün şax-şəvəlini səliqəylə təmizləyib onu, eynən anam kimi, qollarıma aldım, Xaçına tərəf addımladım, çayı keçəndə ayağım sürüşdü, az qala yıxılacaqdım. Mənə elə gəldi, yıxılsam, qucağımdakı meyit soyuq suyun təmasından diksinib dərin yuxusundan ayılacaq.
Xaçın anbarının altıyla hərlənib Çulluya dikəlmək çətin olardı. Mümkün qədər güllə mənzilindən uzaqlaşıb, rayon mərkəzinə gedən yola çıxmaq daha asanıydı. Bundan da vacibi, bir az dincəlməliydim. Əsgəri yerə qoyub heydən düşən qollarıma güc topladım, təzədən qucağıma alıb mümkün qədər sürətlə addımladım.
Xaçının qırağına gəlib qayıdana qədər Qənbərli tərəfdə heç bir səs eşitməmişdim. Demək, təmas xəttində dəyişiklik olmamışdı və mən neytral əraziyə keçmişdim. Çullunun üstündəki yüksəklik bizdəydi hələ. Düşmən Qənbərliyə girib, dağıdıb geri çəkilmiş, Cinlidə mövqe tutmuşdu. Belə bir şəraitdə Xaçının sol sahili təhlükəsiz idi.
Hava ağarınca addımladım. Qaranəfəs olmuşdum. Qaranlıq çəkilən kimi əsgəri balaca bir yastananın arxasına uzadıb ətrafı yoxladım. Açıq düzənlikdə heç kim gözə dəymirdi. Əsgərin üzünə baxdım. Tanış gəlirdi. Elə bil hardasa görmüşdüm. Amma harda? Son iki-üç ildə o qədər əsgər üzü görmüşdüm, hansını yada salaydım? Deyəsən, müharibədə ölənlərin hamısı bir-birinə oxşayırdı. Əlimi üzündə, saçlarında gəzdirdim. Gicgahında güllə yarası vardı. Toxunanda barmaqlarım titrədi. Yarasının hələ də ağrıdığını düşündüm. Üzünə təbəssüm qonmuşdu. Ağzının bir tərəfi sevinc ifadə edirmiş kimi sağa dartınmış, dartınan yerdə azca qan donmuşdu. Boynuna keçirilən ip yoğun olduğundan dərisini kəsməmişdi. Xəfif qızartı və göyərti vardı.
Deyilənə görə, şəhidlər birbaş cənnətə, Tanrının hüzuruna gedirlər və canlarını tapşırmamış bundan agah olduqları üçün sevinirlər, üzlərində işıqlı təbəssüm donur. Mən bu işığı müharibədə ölən bütün insanların üzündə görmüşdüm və deyilənlərə inanmışdım.
Boynundakı gilizi açıb götürmüşdülər. Üstündə kimliyini bəlli edən heç bir nişanə yox idi. Sol əlinə tuncla “G.N.” yazılmışdı. Ciblərinə baxdım, balaca bir kağız vardı. Kağızı açmadan qaytarıb cibinə qoydum və onu təzədən qollarımın üstünə almaq istədim. Bacarmadım. Heydən düşmüşdüm. Əllərim əsirdi. İki gecə idi yuxu yatmırdım. Əsgəri çiynimə aşırmasam, burdan o yana apara bilməyəcəkdim. Açığı, bu, əvvəl də ağlıma gəlmişdi, ancaq onu incitməkdən qorxub fikrimdən daşınmış, qollarımın üstündə gətirmişdim.
Onu burdaca dəfn edib gedə də bilərdim. İnsanın şəhid olduğu yerdə torpağa qarışması ən doğrusudur. Ruhu bədənindən uçduğu yerdə cismi də torpağın altına çəkilər, iki dünyanı birləşdirərdi. Lakin indi onun yolunu gözləyənlər, bəlkə də ölümündən xəbərsiz olanlar, yaxud əsir düşdüyünü zənn edib inadla axtaranlar vardı. Müharibə gedən yerdə meyiti görüb-tanımaq da, son dəfə öpüb-qoxlamaq da bir təsəllidir. Doğma insanı öz əllərinlə basdıranda rahatlayırsan. Onun torpağa tapşırıldığına əmin olmayanda ölümünə inanmırsan, ömür boyu gözün yolda, qulağın səsdə qalır. Özümdən götürürəm; anamı cansız da olsa, xilas edib torpağa basdırmasaydım, necə olardı? Yəqin, havalanardım. İndi içimdə hüznlü bir sakitlik vardı. Doğma adamdan ötrü vətən torpağından daha etibarlı hara var?
Əsgəri çiynimə qaldıranda bayaqkı kağız yerə düşdü. Çətinliklə əyilib götürdüm və öz cibimə qoydum. Rahat bir yerdə sahibinə qaytaracaqdım.
Yola çıxan kimi bizimkilərin hərbi maşını göründü. Əl eləyib saxladım. Qərargaha gedirdi. Maşının kuzasında ön xətdən qayıdan əsgərlərin üstümə güllə kimi yağan suallarına candərdi cavab verə-verə mürgülədim. Yorğun olduğumu görüb məndən əl çəkdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-birinci-hisse-13-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnanmayacaqsınız, gecə təlimində Əsgər Rəfiyev ağlagəlməz qəhrəmanlıq göstərdi. Sən demə, itlərdən qorxmurmuş və onları ovsunlamağın yolunu bilirmiş. Beş-altı itin hamısını o tutdu. Qarovuldakı əsgərləri isə Qırğı ilə Səfərov götürdülər. Heç cınqırlarını çıxarmağa imkan vermədilər.Gecə təlimindən sonra Gizir Səfərovun Əsgər Rəfiyevlə amansız zarafatları yenidən alovlandı. O, məni yanlayıb fınxıra-fınxıra deyirdi:
Üçüncü hissə, 31. Gizir SəfərovDoğrudan da yorulmuşdum. Gör neçə il idi, səngərlərdəydim. Taa 91-ci ildən. Beş ildən artıq eləyirdi. Bəs idi. Evə qayıdıb bir iş tapmaq, ailə qurmaq, oğul-uşaq sahibi olub, sadə insanlara qarışmaq istəyirdim.Canavar yalının üstündə burnuma, qulağıma su dolduğu üçün hələ də “tın-tın” danışırdım. Komandirin təşkil elədiyi yolasalma məclisində çıxış eləyəndə dedim, “tın-tın” adamdan kəşfiyyatçı olmaz! Mən artıq burnunda danışan qoca bir kişiyəm! Haqqınızı halal edin. Bir balaca gözlərim də doldu! Çıxışımı bu pafoslu sözlərlə bitirdim:
Üçüncü hissə, 32. Komandirİçib keflənən kimi kəşfiyyat taqımının son əməliyyatını müzakirə etməyə başladılar. Mən də bir küncə çəkilib sakitcə qulaq asırdım. Ağız deyəni qulaq eşitmirdi. Kimin nə söylədiyini çətinliklə müəyyən etmək olurdu. Elə sözlərə şaqqanaq çəkib gülürdülər ki, məəttəl qalırdım. Kefliliyin sirri səbəb olmadan sevinə bilməkdir.İçki Əsgər Rəfiyevin dilini açmışdı:
Üçüncü hissə, 33. Kapitan RəşidovTərxis olunan əsgərlərin yerini doldurmaq haqda düşünürdüm. Gizir Səfərov da, Əsgər Mazanov da əvəzsiz kəşfiyyatçılar idi. Düzdür, “ustav” bilmirdilər, ancaq onlarda olan cəsarət, qorxmazlıq, qoçaqlıq təzələrdə yox idi. Gözüm hər yerdə kəşfiyyatçı axtarırdı. Orucov da bu işin ustasıydı. Əsgəri yerişindən, duruşundan, baxışından tanıyırdı. Bəzən elə adama etimad göstərirdi, heç cür inanmaq olmurdu, lakin az keçməmiş qənaəti doğru çıxırdı. Kəşfiyyat bölüyünə əsgər axtarmağı ona da tapşırmışdım. Yeni gələnlər bizi qane etmirdi. Qərargahı, hərbi yığıncaqları, yeni çağırışçılar yığışan məntəqəni, poliqonu itiyi itən adamlar kimi hərlənirdik.Kəşfiyyatçı bədəncə qıvraq, səliqə-sahmanlı, ürəkli, səbirli, ağıllı olmalı, çox az zamanda qərar verməyi bacarmalıdır. Üstəlik, aclığa, yorğunluğa davam gətirməli, otla, meyvəylə qidalanmağın çəmini tapmalıdır. Bəzən Kiçik leytenant Orucov bölüyün yeni gələn əsgərlərinə əmr edirdi: “Bu gün yemək yoxdur! Dağılışın meşəyə, özünüzə yemək tapın!” Və ən maraqlısı, özü də əsgərlərlə gedirdi. Daha bəzi zabitlər kimi, yeməkxanaya qayıtmırdı.
Стихи других поэтов
Ey könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Van Qoqun günəşiİrvinq Stonunun "Həyat təşnəsi" əsərini oxuyarkən...*Səhərdən axşamacan
MinayəsənmiMüddətdir düşmüşəm mən intizara,Bircə söylə görüm Minayəsənmi?