Dördüncü hissə, 24. Komandir
Hər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.
Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?
İçimdə heç nə ilə ovunmayan bir sızıltı vardı və bu sızıltı ayaqlarımdakı qəlpələrin sızıltısından daha dözülməz idi.
Çəmənlidə - Seyid Lazım ağanın ziyarətgahında ürəyimə qəribə bir rahatlıq gəldi. Ağanın məzarının başına fırlanıb dua etdim. Ziyarətçilər həyətdəki çardağa yığışıb nurani bir kişiyə qulaq asırdılar. Bu, deyəsən, ağanın oğlu idi. Onun danışdıqlarını eşitmək üçün çardağa yaxınlaşdım.
“Həzrəti Musa ailəsi ilə gedərkən yaxınından keçdiyi Tur dağında ağ işıq gördü. Elə bil, dağ alışıb yanırdı. Musa gedib o oddan bir az gətirmək, isinmək istədi. Dağa yaxınlaşanda səs eşitdi: “Ey Musa! Mən sənin Rəbbinəm!.. İrəli gəl, qorxma, sən Allahın amanında olanlardansan...”
Həyəcandan qulaqlarım uğuldadı. Söhbətin arxasını eşitmədim. Özümü bağçanın həyətindəki bulağa verib üzümə su vurdum. Bir az toxtayandan sonra dikəldim.
Bayaqkı nurani kişi başımın üstündə dayanmışdı:
“Mən səni tanıyıram!” - gülümsünüb əlini uzatdı - “İcazə ver, ananın ruhuna “Yasin” oxuyum.”
“Qəbrini ziyarət edə bilmədiyim adama necə “Yasin” oxutdurum?” dedim və onun əlini sıxıb aralandım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-24-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.
Dördüncü hissə, 15. Polkovnik NəbiyevKəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”
Dördüncü hissə, 16. KomandirDesəm, güləcəksiniz, məni evləndirmək istəyirdilər. Bibim qonşuluğunda bir qız gözaltı eləmişdi. İş o qədər ciddiləşdi ki, qızı görmək üçün Sumqayıta gedəsi oldum. Deyəsən, bir az da öz içimdə maraq vardı. Bakı Dövlət Universitetini bitirmişdi. Texnikumda dərs keçirdi. Qıza görə Sumqayıta tez-tez gələcəkdim. Atam gəlişimə həm sevinir, həm də dodaqaltı qımışırdı. Onlar məni evə bağlamağın ən yaxşı yolunu tapmışdılar.
Dördüncü hissə, 17. SevincBəzənib-düzənib işə gedirdim. Bloka çıxanda ikinci mərtəbədə yaşayan Səltənət xala məni evinə çağırdı. Oğlu tələbəm idi. Bir az zəif oxuduğu üçün mənimlə tez-tez görüşür, oğlu barədə suallar verir, daha yaxşı hazırlaşması üçün dəftər-kitab alırdı. Çoxdan tanıyırdım onu. Hələ tələbəlik illərindən dostlaşmışdıq. Ancaq evlərində olmamışdım.Qapıları yarıaçıq idi. Bir az aralayıb səslənmək istəyirdim ki, içəri otaqda qalın, yun papaq qoymuş gənc hərbçi gördüm. O, stol arxasında giriş qapısına tərəf oturmuşdu. Öz-özümə dedim, bu kimdir? Nə gündədir? Niyə isti otaqda papağını çıxarmır?