Üçüncü hissə, 15. Gizir Səfərov
Əslində, yuxusuzluqdan nadinclik edirdim. “Tın-tın”- lığım da bir yandan əsəblərimi gərirdi. Burnumun sol tayı tez-tez tutulur, açmaq üçün at kimi fınxırmalı olurdum. Hər dəfə fınxıranda ermənilər diksinirdi. Onların məndən qorxması xoşuma gəlirdi. Elə ürkək dayanırdılar ki, ürək döyüntülərini bədənlərindən hiss eləyirdim. Uşaq vaxtı ovcumda tutub sıxdığım sərçələr gəlirdi xəyalıma. Heç birinə zərrə qədər yazığım gəlmirdi. İmkanım olsa, min-bir əzabla öldürüb, təzədən dirildərdim. İllah da bu kolpanbaşı! Əclaf adama oxşayırdı. Bircə uşağa azacıq rəhm edirdim. Deyəsən, o, aramızda müharibə getdiyini heç əməlli-başlı bilmirdi. Amma beyninə yeritməyə imkan tapmışdılar ki, bu dünyada “tork” adlı milyonlarla insan var və uşaqdan-böyüyə hamısı bizim düşmənimizdir.
Komandir “Bir az yatın dincəlin!” deyib daşın altından çıxdı. Mən Qarikin qollarını möhkəm-möhkəm bağlayıb ipin ucunu toqqama ilgəklədim. Qırğı isə Qayı özünə bənd elədi. Alberti bağlamadıq. Günün hansı saatıydı, bilmədim, Qırğının həyəcan dolu səsinə oyandım.
İşdən agah olan kimi Qarikin qulağının dibinə bir qapaz ilişdirdim. Qapaz onu elə tutdu ki, az qala məni də özüylə yomalayıb daşın altından çıxaracaqdı. Komandir mənə acıqlandı.
Qarovulda yatan əsgərə daha çox acığım tutmuşdu. O boyda zülüm çəkəsən, axırda hansısa maymağın ucundan səni, bütün dostlarını yatdığınız yerdə güllələyib qaçalar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ucuncu-hisse-15-gizir-seferov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xidmət rəisinin təklifini nəzərə alıb Orucovla görüşdüm. Məncə, bacaracaqdı. Qəhrəmanlığı öz yerində, onda qeyri-adi bir qabiliyyət də vardı; diqqətindən heç nə yayınmırdı!Dağ şəraitində keçirilən kəşfiyyat əməliyyatları haqqında çoxlu kitablar oxumuşam. Rusiyanın Qafqazda xidmət edən yüksək çinli zabitlərinin xatirə və gündəlikləri bu mövzuda ən yaxşı yazılar kimi yadımda qalıb. Dağlar fərqlidir. Hərbi əməliyyatlar üçün, ən başlıcası, dağ şəraitində rahat hərəkət etməkdir. Murovda yamaclar düşmən tərəfdən rahat, biz tərəfdən sərt olduğuna görə onlar öz postlarına yol çəkir, artilleriya və ağır texnikanı təmas xəttinə yaxınlaşdırırdılar. Bu fakt Orucovun gözündən yayınmamışdı. Söhbət zamanı erməni üzdən çəkilən bütün yeni yolların xəritəsini stolumun üstünə qoydu. Məəttəl qaldım. Ona yol çəkilişlərini müşahidə etmək barədə xüsusi tapşırıq verilməmişdi, özü bunun əhəmiyyətli olduğunu anlayıb xəritəsini çıxarmışdı. Düşməndən müdafiəmiz üçün bu məlumatların qiyməti yox idi.
Dördüncü hissə, 24. KomandirHər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?
Dördüncü hissə, 25. QırğıHavalar yenicə qızmağa başlayanda komandirdən qəribə bir təklif aldım:“İyunun əvvəli buralarda ol, səninlə vacib bir səfərim olacaq!”
Dördüncü hissə, 26. KomandirƏvvəlcə külək olub əsdim, doğma qoxusu canıma hopan torpağın üstünə yata-yata uzaq-uzaq təpələri aşdım, sonra çiçək qoxusuna çevrildim. Otdan-ota, güldən-gülə, çəməndən-çəmənə keçdim. Yorulanda lalənin bağrına hopdum, nərgizin təbəssümündə gizləndim, bənövşənin qoxusunda əridim. Tanış pıçıltısı könlümü ovsunlayan çayın gileyli nəğmələrinin üstündən sükut kimi axdım. Qurd olub yüyürdüm, ilan olub süründüm, quş olub uçdum. O vaxtacan ki, bənövşəyi qaranlığın bətnində məğrurca dikələn bir dağ, o dağın sol yamacında səssiz hənirtiylə kiriyən bir məzar gördüm. Bənövşəyi qaranlığın içindən məzara ağ işıq tökülürdü. İşığa qarışıb məzara hopmaq istədim. Əlim, ayağım, paltarım işığın içində əriyib yox olmağıma imkan vermədi. Əlimi-əlimdən, ayağımı-ayağımdan, bədənimi-bədənimdən sıyırıb çıxara bilmədim. İşıq axdı - mən baxdım, mən baxdım - işıq axdı. Yalnız gözlərimdən tökülən gümüşü istilik o işığa qarışa bildi. Mən kənarda qaldım. Ayaqlarımın sızıltısı, qəlbimin göynərtisi işıqla aramda keçilməz bir dünya yaratmışdı. Bircə qəlbimdəki intizarın səbbi alınmışdı. Əlimdə ixtiyar olsa, qalan ömrümü elə beləcə, bu inanılmaz mənzərəyə baxa-baxa keçirərdim. Nə geriyə dönərdim, nə sağa-sola baxardım, nə başqa bir şey düşünərdim. Uzaqlar necə yaxın, ucalar necə alçaq, dərinlər necə dayaz görünürdü. Gedə bilmədiyim yollar ovcumun içində qıvrılırdı. Səadət çox yaxındaydı. Əl atıb tutmağım qalırdı. Başımın üstündəki dağ da sevindiyindən cilvələnirdi.Lakin bir qüvvə həm də məni geriyə itələyirdi. Arxada məni gözləyənlərin səsini eşdirdim. Məzara tökülən işıq şəlaləsi məni sinəmdən, qoyub gəldiyim yollar kürəyimdən çəkirdi. Quş olub uçdum, ilan olub süründüm, qurd olub qaçdım. Gileyli nəğmələr oxuyan çayın sükutuna dönüb geri axdım. Çəməndən-çəmənə, güldən-gülə, otdan-ota qayıdan qoxuya döndüm. Bir də baxdım, küləyəm. Əsə-əsə boz təpələri aşdım və adama çevrildim. Uzaqlar uzaqda, ucalar ucada, dərinlər dərində qaldı. Ancaq o işıqdan içimdə böyük bir səadət duyğusu parlamışdı. O işığı da götürüb Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişinin yanına tələsdim.