Dördüncü hissə, 59. Sevinc
O gecə yuxuda gördüm; Aqşinə öyrətdiyi kimi, mənə əl eləyib gülümsündü.
Dərman atmışdım. Ağrılarını hiss eləmədim. Adam sevdiyinin ən ağır anında necə mışıl-mışıl yata bilər? Adam necə daş olar?
Səhər küçədən uğultu eşitdim, elə bildim, küləkdir. Pəncərədən baxanda insan selinin hayqıraraq həyətimizə doluşduğunu gördüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-59-sevinc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dörd sapyorumuzun gecə saatlarında Sarıcalının üstündə erməni pusqusuna düşüb həlak olması xəbərini səhəri gün eşitdim. Gecə həyəcan siqnalı verib bizi qaldırdılar, təmas xətti ilə üzbəüz döyüş mövqeyi seçib hardasa dörd-beş saat uzanılı qaldıq. Səs-səmir yox idi. Səhərə yaxın bölüyə qayıdanda gecə dörd şəhid verdiyimizi söylədilər. İlk ağlıma gələn komandir oldu. Onun öz övladlarını itirən qədər sarsılacağını bilirdim.Əsgərləri övladlarından çox istəyirdi. Buna əmin idim. Bayramlarda bir həftə məzuniyyət götürür, üç gün keçməmiş geri qayıdırdı. Deyirdim, komandir, niyə belə tez gəldiniz? Deyirdi, uşaqları səngərdə qoyub evdə dincələ bilmirəm. Onun istirahət yeri səngərlər idi. Hərbi səhra paltarını heç vaxt əynindən çıxarmırdı.
Dördüncü hissə, 40. KomandirAləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:
Dördüncü hissə, 41. Kapitan RəşidovTənbəllik eləmədən Bakıdan Ağdama yola düşdüm. Orucovla görüşüb bir şeyi dəqiqləşdirmək istəyirdim; vəzifə onu korlayıb, yoxsa yox?Qarovuldan xəbər verən kimi qərargahın girişinəcən gəldi, uzaqdan qollarını açdı: “Rəis, xoş gəlmisən!”
Dördüncü hissə, 42. KomandirQara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...
Стихи других поэтов
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər