Başlanğıc
Həmdi-bihəd xudayi-sübhanə –Ki, çatıb feyzi kövnü imkanə!“Mübdii kainatü müzhirihu,
**Vəhdəhu lailahə illa huKənzi-məxfikən ol ülüvvməkanİstədi zati olmağını əyan.Qıldı məxluq xəlqi-imkani,Ta ola zahir aləmə şani.Küreyi-ərzi eylədi icad,Gəldi ondan əyanə səbü şidad.Oldu əncümlər, ey ülül-əbsar,Didəbanani-nöh kəbudi-həsar.Qəmərü tirə Zöhrə tapdı məhəl.Şəmsü Mərrixü Müştərivü ZühəlHər birin bir fələkdə qıldı müqim,Ta çata kainatə feyzi-əmim.Fələki-həştüm oldu zati-biruc,Ondadır heyətü sifati-büruc.O fələk mənbəyi-səvabitdir,Hükəmayə mədarı sabitdir.Fələki-nöhhüm ərşi-əzəmdir,Ərşdən fövqü sirri-mübhəmdir.Neçə yüz min həkimi-danişvərBilməyib ərşdən o yanə xəbər.Hükəmadən olubdu bil axir,
**“La xəlau vəl aməla” sadir,Altı gün müddətində ol danaEylədi cümlə aləmi peyda.Feyzini qıldı aləməQüdrətin zahir oldu asari.Qıldı bihərfü ləfzü sövtü nida,Ta ola cümlə masiva peyda.Kafi-kon nunə olmamış vasil,Oldu bu ərzü asiman hasil.Xəlq edib aləmi məşiyyətlə,Yoğurub xaki dəsti-qüdrətlə.Xakə öz surətin əta qıldı,Onu soltani-masiva qıldı.Ona təlim qıldı əsmanı,Bildi hər ismdən müsəmmanı.Qılmış ikən onu xəlifeyi-ərz,Cənnətin sirrin eylədi ona fərz.Ona qıldı ənis Həvvani,Qıldılar izdivaci-ruhani.Gərçi zahirdə ol bir adəm idi,Leyk batində çox müəzzəm idi.Nuri-paki-Məhəmmədü HeydərOlmuş idi o xakdə müzmər.Zahiri xakü batiniydi nur,Zərrə idi o nurə şöleyi-Tur.Əsl odur, fər Həzrəti-Adəm,Odu Musayədü Məsihadəm.Nuru ol şahi-ənbiyanın əgərOlmasaydı o xakdə müzmər,Səcdə etməzdilər güruhi-mələkƏmrinə tabe olmaz idi fələk.Görsə idi o nuru gər şeytan,Səcdə eylərdi Adəmə hər an.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-baslangic
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qumri, sənə xeyli vəqt həsrət çəkdim,Əşarına yerdən gögə minnət çəkdim.
Min üç yüz idi, əlliyə yetdi yaşımMin üç yüz idi, əlliyə yetdi yaşım,Kafur kimi qəmdən ağardı başım.
Cənnət kimidir havası GürcüstanınCənnət kimidir havası Gürcüstanın,Var Kəbə kimi səfası Gürcüstanın:
Hər şəhrdən əfzundu səfası MisrinHər şəhrdən əfzundu səfası Misrin,Təxmir olub işrətlə binası Misrin.