Bir mahı sevib, çərxə təmənnadən usandıq
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bir mahı sevib, çərxə təmənnadən usandıq,Bu düşməni-kəcbinə müdaradən usandıq.
Ol lalərüx olmaz bizə nə dust, nə düşmən,Əğyar ilə bihudə bu qovğadən usandıq.
Bülbül, sənin olsun dəxi gülzari-məhəbbət,Bu bağdə biz ol güli-rənadən usandıq.
Divanə olub daməni-səhralərə düşdük,Biz silsileyi-zülfi-çəlipadən usandıq.
Başdan yerə qoyduq həvəsi-badeyi-nabı,Atdıq ayağ əldən, meyi-səhbadən usandıq.
Biz qisseyi-Şirin ilə Fərhadı unutduq,Əfsaneyi-Məcnun ilə Leyladən usandıq.
Макта — последний бейт с тахаллусом поэта. Əl çək, dedik, ol mahdən, əl çəkmədi Seyyid,Biz əl çəkib, ol aşiqi-rüsvadən usandıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-bir-mahi-sevib-cerxe-temennaden-usandiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar,Ol etdigi qəzəbləri həm eyni-naz imiş.
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Xublər könlümü istəllə ki, səndən alalarXublər könlümü istəllə ki, səndən alalar,Ey pəri, qoyma ki, özgə məni təsxir etsin.
Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, SeyyidDəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid,Bu rəsmi-köhnə mənsux oldu ol şuxin cəfasından.
Стихи других поэтов · О любви
Oturmuş nəğməzarında həzin fəryad edər bir quş!Alır gül yarpağından eşq dərsin, dad edər bir quş!
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
DözməzmiEdən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?