İsm özü bir ismdir, amma müsəmma müxtəlif,Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.

İxtilafi-rəy ilə hər kimsə bir məna verib,Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif.

Aləmi-pirü cavan oldu müqəyyəd rəng ilə,Ol səbəbdəndir olub, ey dust, əsma müxtəlif.

Bəhri-vəhdət mövc edib, tişrə dağıldı qətrələr,Oldular ol qətrələrdən dürri-lala müxtəlif.

Vəhdətə eylə nəzər kim, çizi-vahiddir haman,Gərçi surətdə olub Fironü Musa müxtəlif.

Nur – eyni-nardır, həm nar – eyni-nurdur,Duzəxü cənnət olub surətdə, cana, müxtəlif.

Макта — последний бейт с тахаллусом поэта. Hüsnü eşqü aşiqü məşuq birdir, ey könül,Seyyida, hərgiz degil aləmdə əşya müxtəlif.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви