Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən,Ümidi-vəsli ilə bu diyarə gəldim mən.

Visalı döndü mənə oldu axırı hicran,Yəqin ki, çeşmi-bədi-ruzigarə gəldim mən.

Nəkarəyəm, nəçiyəm, badə ilə sadəm yox,Özüm də bilməyirəm kim, nə karə gəldim mən.

Nə ahü zar idi bu, bir gülün fərağında,Əlindən, ey dili-xungəştə, zarə gəldim mən.

Sizi tarı mənə bu dəmləri verin fürsət,Şikayətə bu dəri-şəhryarə gəldim mən.

Münəccim etdi nəzər bəxtimin sitarəsinə,Onun təsəvvürünə bəxtiqarə gəldim mən.

Макта — последний бейт с тахаллусом поэта. Yetişdi qətrələr ol bəhri-vəhdətə, Seyyid,O bəhrdə dür idim, gör, kənarə gəldim mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке