Rüxsarın açıb bülbülü şeyda elədin sən,Bülbül nəzərində gülü rüsva elədin sən.

Ağuşun üçün bəs ki, qolum açıla qaldı,Kafər, məni bir şəkli-çəlipa elədin sən.

Bürqə götürüb ol ərəqaludə yüzündən,Gün üzrə əyan iqdi-Sürəyya elədin sən.

Nitqə gəlib etdin bu dili-mürdəni ehya,Zahir genə ecazi-Məsiha elədin sən.

Tökdün yüzə ol zülfi-xəməndərxəmi, ey məh,Xurşidə hicabın şəbi-yəlda elədin sən.

Yerdən gögə var Yusif ilə fərq səninçün,Çox Yusifi eşqində Züleyxa elədin sən.

Hicri-rüxi-alında iki çeşmimi, ey gül,Xunab ila meydən dolu mina elədin sən.

Макта — последний бейт с тахаллусом поэта. Qəddini “əlif”, zülfi-siyahini dedin “lam”,Seyyid, bu əlif-lamı nə məna elədin sən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви