İsgəndərin vəsiyyəti
Dəmi-nəzi-rəvanda İsgəndərEylədi bir vəsiyyət ol sərvər-Ki, anama deyin bu göftari,Xəlqə ehsanım eyləsin cari.Leyk hər kəs çəkibdi dərdü bəlaYeməsin ol təamdən qəta.Çünki saz oldu neməti-əlvan,Qıldı anın vəsiyyətini bəyan-Ki, gərək əkl etsin ol adəmÇəkməyibdir cahanda möhnətü qəm.Mütənəbbih olub kəlamından,Hamı çəkdi əlin təamından.Çünki çəkmişdi hamı möhnətü qəm,Çıxmadı hiç bir nəfər xürrəm.Madəri-əşkbari-İsgəndərGərci olmuşdu zari-İsgəndər,Bildi ki, mərgə yoxdu bir çarə,Hamının qəlbinə dəyib yarə.Dilbəra, çox da çəkmə möhnətü qəm,Könlüvü eylə qəm günü xürrəm.Gərdişi-çərxi-kəcmədar keçər,Bu qəmü dərdi-ruzgar keçər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-isgenderin-vesiyyeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dedi bir kəs cənabi-Loğmanə:Ey hünərvər, həkimi-fərzanə,
Bir kişinin Məcnuna iradıОднажды Меджнуну невежда заметил:«Вот ты осмеял всех влюбленных на свете,
Sünnü ilə şiəBir nəfər mərdi-şieyi-xülləs,Şiəlik zati-pakına müxtəs –
Xəndəyi gen qazıblarBir nəfər sünnü ilə bir şiəHədəf olmuşdu tiri-təşniə.